Kinolu köşə

0

http://aefsupply.com/all-free-adult-games (Bir kinoteatrın sabiq tamaşaçılarına məktubu)

– Salam! Ey mənim istəkli tamaşaçılarım! Xeyli vaxtdır ki, sizinlə görüşmürəm. Əlbəttə, bunun, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. İnanın, sizin üçün elə darıxmışam ki… Elə bil “Uzaq sahillərdə”yəm. Gecələr cürbəcür “Yuxu”lar görürəm. Görürəm ki, “Bir cənub şəhərində”yəm. Və bu şəhərdə, yəni “Neft və milyonlar səltənətində” hərdən “Səmt küləyi” “Qanun naminə” meydan sulayır. Elə bilirəm ki, “Cin mikrorayonda”dır. Bu zaman mən də özümü “Qərib cinlər diyarında” kimi hiss edirəm. Qorxudan qışqırıb “Fəryad” edir və “Bismillah” deyib ayılıram. Görürəm ki, müdirim kəsdirib başımın üstünü. Elə hey deyir ki, “Qorxma, mən səninləyəm”. Yuxumu danışıram ona, amma yoza bilmir ki, bilmir, mənə “Yol əhvalatı”, “Lətifə”, “Gümüşgöl əfsanəsi” danışır. Bir də, sadəcə, bildirir ki, sənə indiki zəmanədə “Nəsimi”dən, “Babək”dən, “Qatır Məmməd”dən, “Bəxtiyar”dan bir haray olmaz. Heç “Yeddi oğul istərəm” də demə, “Kişi sözü” verirəm ki, tezliklə “Ağ atlı oğlan” gəlib səni bu bəladan qurtarar… Amma onun nə vaxt gələcəyini deyə bilmir. İsrar edəndə də bildirir ki, bu, “Özgə vaxt”a qalsın.

Nə isə, ay mənim bir zamanlar hər gün görüşdüyüm tamaşaçılarım! Hərdən o keçən günlərə “Qəm pəncərəsi”ndən boylanaraq sizinlə birgə baxdığım “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Qaraca qız”, “Qəzəlxan”, “Ulduz”, “Dədə Qorqud”u xatırlayıram… Hərdən də “Əhməd haradıdır” deyib onu axtarmaq fikrinə düşürəm. İnanın, bəzən elə kövrəlirəm ki… Axı mən “Sizi dünyalar qədər sevirdim”, ay tamaşaçılarım. Niyə məni unutdunuz? Nə gizlədim, hərdən də bizi bir-birimizdən ayrı salanların ünvanlarına qarğışlar yağdırıram: “Köpək”, “Yaramaz”, “Yarasa”… Bəzən mənə deyirlər ki, “Sən niyə susursan”? Heç olmasa, hərdən səsini çıxar. Amma kimsənin xəbəri yoxdur ki, bununla bağlı bəzi qurumlara üz tuturam. Amma onlar da eyni sözü təkrar edirlər: “Get , “Səhər” “Görüş”ə gələrsən”. Əbəs yerə deməyiblər ki, “Alma almaya bənzər”. “Ümid”im “Axırıncı aşırım”adır. Axı “Onun böyük ürəyi” var.

go to site

follow site Bəli, son illər bizlərə qarşı sanki soyqırım həyata keçirildi. Artıq “Qəbələ”, “Şuşa”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov”, “Sevil”… kinoteatrları yerlə-yeksan olundu. İndi onlar “O dünyadan salam” göndərirlər. Niyə belə etdilər? Onların bu işlərindən heç “Tarixi-Nadir”i yarıyacan oxumuş Məşədi İbad baş açmaz, qalmışdı mən olum. Heç bunu “Babamın babasının babası” da bilməz. Yeri gəlmişkən, bir zamanlar Bakımızda 21 kinoteatr olub. Amma indi… Hazırda mövcud olanlarda da gah “Ad günü” keçirilir, gah da həmin məkanlardan “Tütək səsi” gəlir, gah da “Arşın mal alan”. Adını da qoyublar “Həm ziyarət, həm ticarət”. Zənnimcə, bütün bunlar bizə “Arxadan vurulan zərbə”dir. Hə, yadımdan çıxmışdı. Bundan bircə qurtulan “Nizami” oldu… Bir sözlə, mən “Dostluq” da son günlərimi yaşayıram. Şübhə etmirəm ki, məni də “Qələbə”nin, “Şuşa”nın aqibətləri, yəni “Qətl günü” gözləyir. Amma bu durumum heç də ümidsiz deyil. Ey mənim istəkli tamaşaçılarım, nicatım sizin əlinizdədir. Bu məsələdən mənə ən “Böyük dayaq” siz ola bilərsiniz. Düşünürəm ki, gec-tez “Şərikli çörək” yeyənlərin “İstintaq”ı olacaq və onlar öz “Cazibə”lərindən çıxacaqlar. Bilirsiniz necə? Sadəcə, sovet dönəmində olduğu kimi, indi də mənim qapılarımı açmaqla. Sizlərə yalvarıram, nə olar, məni məhv olmaqdan xilas edin. Gəlin, qapılarımı açın… Onda yuxarılar da görərlər ki, məni sayan var. Məhz o zaman onlar bizim dərdlərimizə tez çarə edərlər. Nə olar, məni məhv olmağa qoymayın. Axı biz bir zamanlar dost olmuşam. Heç olmasa, o dostluq naminə… Mən də yaşamaq istəyirəm. Nə olar, mənim xatirimə “Papaq”ınızı qarşınıza qoyub “Atları yəhərləyin”.

see url

Qvami Məhəbbətoğlu