Akif Mirabovun 70 illik yubileyi keçirilib

0
339

Mingəçevirdə Əməkdar artist Akif Mirabovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə İlqar Fəhminin “Son reportaj” pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru Bəhram Osmanovun quruluş verdiyi və Akif Mirabovun baş rol aldığı eyniadlı tamaşa təqdim olunub. Qeyd edək ki, bu səhnə əsəri incəsənət xadimlərinin keçdiyi sevincli-kədərli ömür yolundan bəhs edir.

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov çıxış edərək, Mədəniyyət və Turizm Nazirliyi adından, həmçinin teatrın kollektivi adından Akif müəllimi təbrik edib. Onun Mingəçevir Dövlət Dram Teatrının inkişafındakı xidmətlərindən, həmçinin uzun illər yaratdığı yaddaqalan obrazlardan və aktyorluq fəaliyyətindən danışıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təbrikini yubilyara çatdırıb.

Yubiley tədbiri çərçivəsində Mingəçevir Dövlət Dram Teatrı tərəfindən sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi də sənətsevərlər təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir