Elvin Məmmədov: “Ən azı 3 mərhələ keçməliyik”

0
206

HARUN SADIQLI

Ötən mövsüm çox oynamaq şansı qazanmayan yerli futbolçulardan biri də Elvin Məmmədov idi. Milinko Pantiçin “Bakı”ya gəlişindən sonra əsas heyətdəki yerini itirən futbolçu mövsümü başa vurduqdan sonra “İnter”ə keçmişdi. Sabiq klubuna dönən yarımmüdafiəçi deyəsən burada əvvəlki günlərinə tez qayıtmağı bacardı. 26 yaşlı futbolçu “bankirlər”in heyətində çıxdığı ilk oyunda özünü çox yaxşı tərəfdən göstərdi. “Tiraspol”la oyunda bir qol vuran, bir qolda da əsas təşkilatçı olan futbolçu matçın qəhrəmanı olmuşdu. Futbolçu ilə əlaqə saxlayıb öz performansı və komandasının hazırkı durumundan danışdıq. Sabah “Tiraspol”la Avropa Liqasının I təsnifat mərhələsinə cavab görüşünə çıxacaq “İnter”in üzvü mərhələ adlamaq üçün hər şeyi edəcəklərini bildirdi. “Çempion” qəzetinə müsahibə verən təcrübəli futbolçu baş məşqçisi Kaxaber Sxadadze barədə də xoş sözlər dedi.

– “Tiraspol”la ilk oyundan başlayaq. Qələbə qazandınız və sənin çıxışın da yaxşı alındı. Bu oyun barədə nə deyə bilərsən?

– İlk görüş özüm və komandam üçün çox yaxşı oldu. Səfərdəki ilk oyunda qələbə qazana bildik. Öz performansıma gəldikdə, düşünürəm ki, komandama az da olsa xeyir verə bildim. Oyun barədə ancaq bunları deyə bilərəm. İstəyərəm ki, növbəti oyunlarda da komandaya xeyrim dəysin.

– Ötən mövsüm sənin üçün heç də yaxşı alınmamışdı. Amma “İnter”də elə ilk oyundaca özünü göstərə bildin. Nə dəyişdi ki, bir anda əvvəlki Elvin geri qayıtdı?

– Dəyişən məsələ deyəndə ki, burada kimisə və ya nəyisə xüsusi vurğulamaq olmaz. Yəni belə deyim, burada hər şey özündən asılı olan məsələdir. Mən heç kimdə günah axtaran biri deyiləm. Həmişə birinci özümü tənqid edirəm. Oyunum alınmırdısa, deməli, məndə nəsə çatmırdı. Komanda seçimimə qaldıqda, “İnter” elə klubdur ki, onun özünəməxsus strategiyaları var. Bəlli sistem var və ona uyğun oynayırlar. Mən belə başa düşürəm ki, bu sistemə uyğunlaşa bildim. Əsas nüans bu ola bilər. Bəlkə də, yeni ab-havadan qaynaqlanır. Dediyim kimi, burada çox şey rol oynaya bilər. Ümid edirəm ki, hər şey mənim üçün yaxşı davam edər.

– Komandanız səfərdə çox yaxşı çıxış edirdi və 3 top fərqi ilə önə keçmişdi. Amma sona doğru çox sadə iki top buraxdınız. Bu problem nədən qaynaqlandı, arxayınlaşma var idimi?

– Videoyazıya baxandan sonra hər şey çox aydın göründü. Biz hesab arasındakı fərqi artırdıqdan sonra, həqiqətən də, çox rahatlaşdıq. Buna görə baş məşqçi öz iradlarını bizə bildirdi. Elə bil irəli getmək istəmirdik və yalnız ayağımızda top saxlamağa çalışırdıq. Onlar isə ard-arda iki qol vurmağı bacardılar. Demək olar ki, komanda şəklində arxayınlıq oldu. Digər məsələ isə çox arxaya çəkilməyimizlə bağlı idi. Bu məsələlərlə bağlı baş məşqçi bizimlə danışdı və inşallah, belə şeylər cavab qarşılaşmasında olmaz. Hesabın necə olacağı fərq etmir, biz mərhələ keçmək istəyirik. Əsas odur ki, ikinci mərhələyə adlaya bilək.

– Cavab oyununda konkret tələb qoyulubmu? Yoxsa yalnız mərhələni adlamaq üçün mübarizə aparacaqsınız?

– Əlbəttə ki, baş məşqçimizin öz taktikası və strategiyası var. O artıq öz tapşırıqlarını verib. Ancaq qələbə üçün oynayacağıq. İlk oyundakı səhvlərimizi də bilirik və ona görə də bu görüşdə azarkeşlərimizi sevindirmək istəyirik.

– İndi çox adam “İnter”in mərhələni keçəcəyinə inanır. Bundan sonra isə rəqib “Elfsborq” olacaq. “Tiraspol”la müqayisədə bu komanda çox tanınır. Ümumi mənada İsveç təmsilçisi barədə düşüncələrin necədir?

– Bu barədə indidən nəsə danışmaq istəməzdim. Çünki biz indi yalnız “Tiraspol” səddini keçmək barədə düşünürük. Futboldur və indiyə qədər bu oyunda çoxlu sürprizlər olub. Elə oyunlar olub ki, 3:0 hesabı ilə qalib gələn komandalar cavab görüşündə 0:4 hesabı ilə məğlub olublar. Ona görə də hər şey mümkündür. İlk növbədə “Tiraspol” səddini keçək, ondan sonra məşqçimiz onlar barədə də düşüncələrini bizə bildirəcək. Həqiqətən də, klub olaraq onlar barədə çox maraqlanmamışıq. Çünki bundan sonra həmin komandanın oyununu analiz etməyə və maraqlanmağa vaxtımız olacaq. “Tiraspol”la oyunda şanslar 50-50-yədir. Biz onlara ilk görüşdə şans verdik ki, buraya yaxşı əhvali-ruhiyyədə gəlsinlər. Hesab 3:0 bitsəydi, hər şey tamam başqa cür olardı, amma 3:2 sürüşkən hesabdır. Onlar iki qol vuraraq mərhələ adlaya bilərlər.

– Ümumi mənada rəhbərlik qarşınıza hansı hədəfi qoyub?

– Hələ toplanışa başladığımız ilk gündən məşqçi bizimlə söhbətində bildirdi ki, “İnter” bu mövsüm yaxşı nəticələrə imza atmalıdır. Ən azı 3 mərhələ keçməliyik. Məşqçimizin bizə dediyi bu idi. Amma bunun üçün ilk növbədə “Tiraspol”u keçib, qarşıdakı oyunlara baxmalıyıq. Yəni bizim qarşımıza məqsəd bunlar qoyulub.

– Baş məşqçi Kaxaber Sxadadze barədə düşüncələrin necədir? “İnter”də əvvəl çıxış edəndə onunla çalışmamışdın…

– Bəli, o vaxt elə alındı ki, o gəldikdən təqribən 10 gün sonra mən komandadan getmişdim. Amma onu deyim ki, Sxadadze yaxşı sözlərə layiq mütəxəssisdir. O, həmişə futbolçularına iradını bildirir, anlaşılmaz məsələləri başa salır. Xüsusən də, yeni gələn futbolçuları çəkib söhbət edir. Yeri gələndə irad bildirir, qışqırır, yeri gələndə sakit formada izah edir. Hər şeyi izah etməyə çalışır. Ona görə də o, yaxşı sözlərə layiqdir. İnşallah, bu cür davam edər. Həm mənim üçün, həm də “İnter” üçün uğurlu alınar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here