Həkimlər mauqli qızın tədricən danışmağı öyrənəcəyinə ümid edirlər

0
179

Şimali Hindistan polisi Uttar-Pradeş ştatının meşələrində meymun sürüsü ilə birgə yaşayan mauqli qız aşkar edib.  Rusiya mətbuatının  verdiyi məlumata görə, mauqli qız meymunların bütün hərəkətlərini təkrar edir, onlar kimi ancaq xüsusi jestlərlə danışır. Mauqli qızı meymun sürüsündən ayıraraq tutmaq isə xeyli çətin olub.

Meymun sürüsü mauqli qızı tutmaq istəyən polislərin üzərinə hücum edərək onu xilas etməyə cəhd edib. Lakin poislər çətinliklə də olsa qızı tuta biliblər. Hazırda xüsusi həkim nəzarəti altında olan qızın təxminən 8-10 yaşının olduğu ehtimal edilir. Həkimlərin sözlərinə görə, qızın bədənində çoxlu sayda zədələr olub. İlk vaxtlar o otura bilməyib və ancaq dörd ayaqları üstə yeriyib. Bundan əlavə ətrafındakılarla münasibətdə də mauqli qız yalnız meymunlara xas olan jestlərlə danışmağa cəhd edib. Bununla belə xüsusi təlimlər nəticəsində o tədricən insanlara uyğunlaşmaqda və onların hərəkətlərini təqlid etməyə cəhd etməkdədir. Həkimlər mauqli qızın tədricən danışmağı öyrənəcəyinə ümid edirlər.