Xərclərimizin yarısını yeyib-içməyə sərf edirik

0
263
Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda 221 manat 40 qəpiyə bərabərdir. 
Bu məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu – 2013-cü ilin statistik göstəricilərində yer alıb. İstehlak xərclərinin 91 manat 80 qəpiyi ərzaq məhsullarının alınmasına yönəldilir. Bu da ümumi xərclərin 41,4%-ni təşkil edir. Kafe və restoranlarda adambaşına ayda 18 manat 70 qəpik xərclədiyimizi də nəzərə alsaq, ümumi xərclərimizin yarısını – 49,9%-ni qida məhsullarına yönəldirik. Dövlət Statistika Komitəsinin bu məlumatı ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidmətinin açıqladığı hesabatla (“Cross-Price Elasticities of Demand”) üst-üstə düşür. ABŞ Kənd Təsərrüfatı Departamentinin sonuncu hesabatında göstərilir ki, Azərbaycanda əhali istehlak xərclərinin 48,5%-ni ərzağa sərf edir. Dünya ölkələri ilə müqayisədə bu göstərici yüksək hesab olunur. Bu sahədə ən yaxşı vəziyyət ABŞ-a məxsusdur. Bu ölkədə istehlak xərclərinin cəmi 6,6%-i ərzağa xərclənir. Avropa ölkələrində bu göstərici 10%-dən yüksək deyil. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici 42,1%-ə bərabərdir.

 

Ümumi xərclərin cəmi 1,9%-ni

təhsilə yönəldirik.

İstehlak xərclərimiz arasında ərzaqdan sonra ən çox vəsait ev əşyalarının və məişət texnikasının alınmasına, həmçinin evə gündəlik qulluğa xərclənir. Bu məqsədlə adambaşına ayda 19 manat 80 qəpik xərcləyirik. Bu da ümumi xərclərin 8,9%-i təşkil edir. Bundan başqa, ayda 17 manat (ümumi xərclərin 7,6%-i) su, işıq, qaz və digər yanacaq növlərinə xərcləyirik. Paltar və ayaqqabıya ayda adambaşına orta hesabla 15 manat 90 qəpik sərf edirik ki, bu da ümumi xərclərin 7,2%-nə bərabərdir. Ümumi xərclərimizin 14 manat 20 qəpiyini və ya 6,4%-ni nəqliyyata, 10 manat 30 qəpiyini və ya 4,6%-ni səhiyyəyə, 9 manat 30 qəpiyini və ya 4,2%-ni istirahət və mədəniyyətə, 6 manat 80 qəpiyini və ya 3%-ni rabitəyə, 4 manat 30 qəpiyini və 1,9%-ni isə təhsilə yönəldirik. Eyni zamanda ümumi istehlak xərclərimizin təxminən 1%-ni və 2 manat 20 qəpiyini tütün məhsullarının alınmasına sərf edirik.ALLAHVERDI CƏFƏROV,

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here