Uşaqlar məsum baxışlarla hər kəsdən kömək gözləyirlər

0
460

Mingəçevirdə iki azyaşlı körpə valideynlərinin imkansızlıqları ucbatından şam kimi əriyir. Mingəçevir sakini Əhmədova Nuranə  bildirib ki, 2 yaş yarım olan ürəkqüsurlu oğlu və beyin iflici olan yaş yarım qızının vəziyyəti günü-gündən pisləşir. Ailənin evi olmadığına görə, Nuranə xanım anasının həyətindəki balaca, şəraitsiz bir daxmada yaşayır. Onun həyat yoldaşı 3-cü qrup əlildir.  Valideynlər uşaqların xəstəlikləri ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasında da olublar. Ürək qüsuru olan uşağın əməliyyatı bu günə qədər olmalı imiş. Lakin imkansızlıq ucbatından bu əməliyyat geçikir. Bu vəziyyətdə yaşayan ailə ünvanlı sosial yardım almaq üçün müraciət də edib. Lakin onlara bildiriblər ki, sizə ünvanlı sosial yardım düşmür. Nuranə Əhmədovanın sözlərinə görə, anası hər gün onun-bunun qapısında ev işləri görməklə onlara kömək edir.

Uşaqlar isə məsum baxışlarla hər kəsdən kömək gözləyir. Anası deyir ki, uşaqlar səhərə qədər yatmır: “Həm ağlayırlar, həm də evdəki rütubət onların səhhətinə pis təsir edir.

Bu çətin şəraitdə yaşayan ailə saytımız vasitəsi ilə müraciət edərək imkanlı şəxslərdən kömək istəyir.

Esmira Hidayətova, Mingəçevir