Regionun ən bahalı mənzillərində kimlər yaşayırlar?

0
373
Paytaxt Bakının mənzil bazarında ötən ilin ikinci yarısından başlayan qiyməti artımı cari ildə də davam edib. 
Paytaxtın təkrar mənzil bazarında bir kvadratmetrin orta qiymət may ayı ərzində 1,8% artaraq 2 min 110 dollara yüksəlib. Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 0,23%, ucuz evlərin qiymətləri isə 1,2% artımla yadda qalıb. Ay ərzində şəhərin mərkəzində yerləşən mənzillərin bir kvadratmetrinin orta qiyməti 2 min 550 dollar təşkil edib. Mənzil bazarını araşdıran  “MBA Consulting” şirkətinin ekspertləri belə hesab edirlər ki, qiymətin artmasına səbəb bazarda real mənzil satış təkliflərinin sayının az olması və əhali arasında qiymətlərin qalxacağı barədə ehtimalların yaranmasıdır. 2013-cü ilin son ayında benzinin bahalanmasını da bu ehtimalların yaranmasına səbəblərdən biri kimi göstərmək olar. Eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin artması müqabilində mənzil təklif portfelinin azalması qiymətlərin artması səbəblərinin əsasında durub. Əmlak bazarında qiymətlərin sıçrayışlı artmasını Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla da əsaslandırmaq olar. 1500-2000 ədədə yaxın yaşayış mənzilinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı aktivliyin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı olduğunu demək olar. Bazarda son aylar təklifin azalmasına səbəb isə qiymətlərin artması fonunda satıcıların qorxaraq bazardan çıxmaları kimi amillər göstərilmişdir. Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə may ayı ərzində təklif portfelində bahalı evlərin payı 5,6% artaraq 47,6%, ucuz evlərin payı isə 4,61% azalaraq 52,3% təşkil edib. Bazarda qiyməti 85-95 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,2%-ə malikdir.

 

Gürcüstanda mənzillərin qiyməti ölkəmizdəki

qiymətlərlə müqayisədə 2,3 dəfə ucuzdur

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 437 manata bərabərdir və bunu nəzərə aldığımız zaman Bakının mənzil bazarındakı mövcud qiymətlər kifayət qədər yüksək hesab olunmalıdır. Qeyd edək ki, region ölkələri ilə müqayisədə də mənzillərin qiyməti yüksəkdir. Dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayımlayan nüfuzlu “numbeo.com” saytına istinadən apardığımız araşdırmalar göstərir ki, şəhər mərkəzlərində yerləşən mənzillərin qiyməti Azərbaycandan sonra ən baha şimal qonşumuz Rusiyadadır. Rusiyada təkrar mənzil bazarında orta qiymət bir kvadratmetrə görə 2 min 500 dollar təşkil edir. “numbeo.com”un məlumatına görə, Azərbaycanda bu göstərici 2 min 600 dollara bərabərdir. Bildirək ki, bu rəqəm “MBA Consulting” şirkətinin açıqladığı rəqəmlə (2 min 550 dollar) təxminən eyni səviyyədədir. Regionda mənzillərin ən ucuz olduğu ölkə Gürcüstan hesab olunur. Gürcüstanda şəhər mərkəzlərində yerləşən mənzillərin bir kvadratmetrinin orta qiymət 1140 dollara bərabərdir və ölkəmizdəki qiymətlərlə müqayisədə 2,3 dəfə ucuzdur. Digər ölkələrə gəldikdə isə, İranda mənzillərin bir kvadratmetrinin orta qiyməti 2 min 370 dollara, Qazaxıstanda 1890 dollara, Ukraynada 1530 dollara, Ermənistanda 1510 dollara, Türkiyədə isə 1485 dollara bərabərdir.ALLAHVERDI CƏFƏROV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here