“Bizi Braziliya ilə çox çətin sınaq gözləyir”

0
224

Miroslav Klozeni əbəs yerə müasir dövrün ən güclü hücumçuları sırasında göstərmirlər. Düzdür, onun artıq 36 yaşı var və karyerasının başa çatmasına çox qalmayıb. Ancaq məsələ burasındadır ki, Kloze həm “Latsio”nun, həm də Almaniya yığmasınını heyətində özünü yaxşı tərəfdən göstərə bilir. Təcrübəsinin hesabına digər zəif cəhətlərini sığortalayan Polşa əsilli hücumçu azarkeşlər tərəfindən də sevilir. Millətsevər almanların ona isti münasibət göstərməsi buna bariz sübutdur. Hazırda Almaniya yığmasının heyətində dünya çempionatında iştirak edən Kloze ölkəsinin mətbuatına diqqətçəkən müsahibə verib. O, müsahibəsində ümumi futboldan danışmaqla yanaşı, DÇ-2014 haqda da fikirlərini bildirib.

– Almaniya mundialın əsas favoritləri sırasında göstərilirdi. Komandanın yarımfinala adlaması da bunun həqiqət olduğunu göstərir…

– Düzdür. Äla komandamız var. Ägər yarımfinala kimi gəlmişiksə, deməli, finala da adlaya bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Yarımfinalda ev sahibi Braziliyaya qarşı oynayaqsınız. Razılaş ki, sizi çox çətin sınaq gözləyir…

– Elədir. Braziliya əzəldən dünyanın ən güclü futbol ölkələrindən sayılıb. Bu vaxta qədər 5 dəfə dünya çempionu olmaqları da məhz bunu göstərir. Şübhəsiz ki, hazırkı mundialda da əsas favoritlərdən biri məhz Braziliya sayılırdı. Güclü komanda olmaqla yanaşı, onların bir üstünlükləri də var. Bu da mundialın məhz Braziliyada keçirilməsidir. Bu mənada, bizi ev sahibləri ilə çox çətin sınaq gözləyir. Buna baxmayaraq, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

– Braziliyalı Ronaldo ilə birgə dünya çempionatınlarında aktivində 15 qol var. Səncə, yeni rekorda imza ata biləcəksənmi?

– Qol vuraraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri olmaq istəyirəm. Amma mənim üçün əsas Almaniyanın finala adlamasıdır. Yəni tarixə düşməkdən sonra dünya çempionu olmaq arzusundayam. Artıq 4-cü mundialdır ki, iştirak edirəm. 1 dəfə gümüş, 2 dəfə isə bürünc medal qazanmışam. Çox istərdim ki, karyeramın son illərində dünya çempionluğunun da sevincini yaşayım.

– Uşaq olarkən bu qədər uğurlu karyera quracağını düşünürdün?

– Düzünü desəm, yox. Özümü futbolçu kimi görürdüm, təsəvvür edirdim ki, nə vaxtsa “Bavariya”nın futbolkasında “Alyans Arena”ya çıxacağam. Çünki mənim bütün ailəm bu kluba azarkeşlik edirdi. Amma heç vaxt fikirləşməmişdim ki, karyeram bu qədər uzun çəkəcək və mən Almaniyada belə seviləcəyəm.

– Sənin üçün kim xüsusi oyunçu olub? Yəni onu izləməklə öz bacarığını bir qədər də artırmısan…

– Mən xoşbəxtəm ki, Dieqo Maradona erasında böyümüşəm. Onun iştirakı ilə oyuna baxdıqdan sonra küçəyə çıxıb, özümü onun yerində təsəvvür edərək yaşıdlarımla top qovmuşam. Mən özümün meydançadakı fəaliyyətimi belə təsəvvür etmişəm: “Maradona topladır” və bu düşüncə ilə də futbol oynamışam. İndi mənim oğlum da bu cür düşünür, ancaq o, belə deyir: “Ronaldo topu götürür…”. Mənim yaşda olan adamlar üçün Maradona ən əsas oyunçu idi, amma yeni nəsil, o cümlədən mənim oğlum üçün Ronaldo və Messi əsl qəhrəmandır.

– Ägər sənə karyeranda ən yaddaqalan müsbət və mənfi epizodu seçmək təklifi etsələr, hansıları seçərdin?

– Futbolçu yoldaşlarımla həm məşqlərdə keçirdiyim vaxt, həm də birgə nahar vaxtı mənə əsl ləzzət bəxş edib. O ki qaldı çempionluq titulu və ya hansısa bir kuboka, onlardan birini seçmək asan deyil. Ancaq əgər ən böyük məyusluqdan danışsaq, bu, DÇ-2002-nin finalında Braziliyaya uduzmağımız olub. Kubokun bir addımlığında dayanmaq mənə pis təsir etmişdi.

– Yeri gəlmişkən, həmin matçda sən özünü göstərə bilmədin. Yəqin ki, sonra həmin oyunun videoyazısına dəfələrlə baxmısan…

– Bəli, iştirak etdiyim oyunların hamısına yenidən baxmışam. Biz qalib gəlməyə layiq idik və Braziliya yığmasından daha yaxşı oynamışdıq. Ancaq bir neçə yaxşı məqamı əldən verdik. Rəqib isə Ronaldonun qolları sayəsində çempion oldu.

– Gəl, meydançadan kənarda sənin nə etməyi sevdiyin barədə danışaq. Yəqin ki, futbol matçlarını çox izləyirsən…

– Bəli, çatdıra bildiyim bütün matçlara baxıram. Almaniya çempionatına daha çox baxıram.

– Bu dünya çempionatında oynamağa tam hazır olduğunu dəfələrlə demişdin. Bu, oğlunun xahişi ilə bağlı idi?

– Təkcə onun xahişi ilə bağlı deyildi (gülür). Onun 10 yaşı var və futbolu dəlicəsinə sevir. Eyni zamanda bilirdi ki, dünya çempionatı Braziliyada keçiriləcək. Komandaya daxil olmaq üçün əlimdən gələni etdim və bunu bacardım. Ruh yüksəkliyimi və dünya çempionatında çıxış etmək həvəsimi itirməmişdim.

– Karyeran ərzində qarşılaşdığın hansı futbolçulara daha çox hörmətin olub?

– Ägər birini seçmək lazımdırsa, mən Zinəddin Zidanı seçərəm. O, həqiqətən də, dahi futbolçu idi. Həm “Yuventus”da, həm “Real”da, həm də Fransa yığmasında özünü ən yaxşı tərəfdən göstərə bildi və futbolsevərlərin sevgisini qazandı. Zidan mənim gördüyüm ən böyük oyunçulardan biri olub. “Zizu”da əsl liderlik bacarığı var idi. Äfsuslar olsun ki, karyerasını tez bitirdi. İstəsəydi, daha bir neçə il oynaya bilərdi.

– Mövzunu dəyişdirək. Eşitdiyimizə görə, baban sənin ən kəskin tənqidçin olub?

– Bəli, o fikirləşirdi ki, mən heç vaxt yaxşı oynamamışam (gülür). Onun üçün həmişə nəsə düz alınmırdı, amma bu qədər tələbkar olması oyunumu təkmilləşdirməkdə mənə kömək olub. Hətta əgər mətbuatda mənim yaxşı oynadığımı yazsalar da, o, mənə yaxınlaşıb deyirdi: “Ägər hər şey belə gözəl idisə, bax, bu epizodda niyə fərqlənə bilmədin?”. Düşünürəm ki, kiminsə həmişə səndən nəyisə tələb etməsi çox yaxşı haldır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here