Sumqayıtda “erməni qırğını” ssenarisi Moskva və Yerevanda hazırlanmışdı

0
88

Ötən əsrin 80-ci illərinin oratalarından başlayraq ermənilərin Moskvadakı havadarlarının yardımları ilə Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməsi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini açıq şəkildə tələb etmləri ilə bölgədə yeni qanlı qarşıdurmaların əsası qoyuldu. Bu müstəvidə də 1987-ci ilin sonlarından başlayaraq Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba yurdlarından qovulması prosesi başladı. 1988-ci ilin yanvar və fevral aylarında Ermənistanda qeyri-insani işgəncələrə məruz qalan və zorla yurd-yuvalarından qovulan soydaşlarımızın Azərbaycana axını prosesi başladı. Təbii ki, bu Azərbaycanda əsəblərin coşmasına gətirib çıxardı. Buna paralel olaraq fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Respublikasının Ali Sessiyasında regionun Ermənistana birləşdirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanla Ermənistan arasında gərginliyin daha da artmasına gətirib çıxardı. Lakin hər vasitə ilə ermənilərin simasında məzlum və “soyqırımına” məruz qalan xalq obrazı yaratmaq istəyən ermənilər həm Moskvada, həm də dünyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin guya onların yenidən soyqırımına məruz qalmasından xilas edəcəyi rəyi formalaşdırmaq üçün Sumqayıtda yeni təxribata əl atdılar. Bu təxribatda SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları da iştirak edirdilər. Ermənilərə qarşı təxribat üçün Sumqayıtın seçilməsi təsadüfi deyildi. Fəhlə şəhəri olan Sumqayıtda yaşayan ermənilər arasında separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilər vardı. Təxribatın da məhz onlara qarşı çevrilməsi və öldürülməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə də onların siyahısı tutulmuşdu. “Erməni qırğınının” həyata keçirilməsi üçün Sumqayıtın seçilməsinindən digər məqsəd həmin dövrdə Ermənistandakı zorla dədə-baba yurdlarından zorla qovulan azərbaycanlıların bir hissəsinin bu şəhərdə toplaşması idi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. Şəhərdə təxribat törətmək məqsədi ilə Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət xüsusi qruplar yaradılmışdı. Amma hadisələrin gedişi göstərdi ki, ermənilərin çox hissəsi Sumqayıtda törədiləcək təxribatdan öncədən xəbəri olub. Belə ki, təxribat ərəfəsində Sumqayıtda yaşayan ermənilərin çox hissəsi pullarını banklardakı əmanətlərdən çıxarmışdılar. Təxribatın həyata keçirilməsi isə əvvələr 3 dəfə məhkum olunan və 9 ildən artıq həbsdə yatan qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryana tapşırılmışdı. Ona bu işdə qardaşları Albert və Ernis, həmçinin Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri yardım edirdilər. Qriqoryana Sumqayıtda yaşayan və separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısı və dəqiq ev ünvanları verilmişdi. Bundan əlavə SSRİ xüsusi xidmət orqanları Ermənistandan olan həmkarları ilə birgə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar, spirtli içkilər vermiş onu soyuq silah kimi istifadə olunan armatur parçaları ilə təmin etmişdilər. Eyni zamanda qırğınlar törətmək üçün Ermənistan SSR-nin DTK-ın tərkibində 34 nəfərdən ibarət “nalyotçik” adlı xüsusi qrup yaradılmış və onlar Sumqayıta göndəilmişdi. Sumqayıt qırğınlarının törədilməsi ssenarisinin SSRİ xüsusi xidmət orqanları və onların Ermənistandan olan həmkarları ilə birgə hazırladığını həmin dövrdə və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi olması da sübut etməkdədir. Onlara baş verəcək hadisələrə müdaxilə etməmək barədə Moskvadan göstəriş verilmişdi.

Evlərə basqın ssenarisinə əsasən əvvəlcədən hazırlanmış siyahı və plan üzrə dörd istiqamətə çıxışı olan və foto-video çəkilişlər aparmaq üçün əlverişli imkana malik 3-cü mikrorayon ərazisi seçilmişdi. Fevralın 27-də Eduard Qriqoryan SSRİ xüsusi xidmət orqanları və Ermənistandan aldığı xüsusi tapşırıq əsasında öncədən hazırlanan dəstəni Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana apardı. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edən Qroqoryan, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırdı. O, özündə burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyib. Sonra da cinayətkar ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə aparıb. Bununla da Moskvada və Yerevanda hazırlanan xüsusi ssenari əsasında Sumqayıtda erməni qırğınları və talanları başladı. Talan və digər cinayətlərdə fəal iştirak edən Qriqoryan şəxsən 6 nəfər ermənini qətlə yetirmişdi. O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.

Qırğınlarda SSRİ DTK-sının himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən “qara plaşlı” şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar. Ümumiyyətlə isə fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi.

Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var.

Gecikmiş müdaxilə və həbslər

1988-ci ilin 27-28 fevralında həyata keçirilən qırğınları kənardan müşahidə edən ordu hissələri, o cümlədən xüsusi təyinatlı güclər və milis bununla da qırğınların həcminin böyüməsinə yardım etdilər. Yalnız general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə fevralın 29-da baş verən ssenari həyata keçiriləndən sonra Sumqayıta yeridildi. Onların da əsas məqsədi azərbaycanlıları qırmaq olub. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid oldu. Ümumiyyətlə isə şəhərdə öncədən planlaşdırılan ssenari əsasında 6 nəfər azərbaycanı da daxil olmaqla 32 nəfər öldürülüb, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb. Hadisələri təhqiq etmək üçün yaradılan SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənlərin günahını bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır etdilər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara atıldı. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edildi, böyük bir qismi rüşvət verməklə canını qurtardı, 94 nəfər barəsində isə cinayət işi açıldı.

Qırğının əsas təşkilatçısı olan E. Qriqoryanın həbs olunması isə tamamilə təsadüf nəticəsində baş verdi. Belə ki, hadisələrdən sonra “nalyotçik” qrupunun digər üzvləri Sumqayıt ərazisini tərk etdilər. Lakin E. Qriqoryan sərxoş halda və üstündə erməni ailələrin evlərindən götürdüyü bəzi zinət əşyaları ilə şəhəri tərk etmək istəyərkən komendant saatında xidmət çəkən əsgərlərin diqqətini cəlb etdi. O şübhəli şəxs qismində saxlanaraq, istintaqa verildi. İstintaqa gətirilən E. Qriqoryan dərhal zərərçəkən qismində ifadə verən erməni Meclumyan bacıları tərəfindən tanındı.

İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. Amma Sumqayıt hadisələrində SSRİ xüsusi xidmət orqanlarının və Yerevandan gələn emisssarların əli olduğu Ermənistanda bir çoxlarına məlum idi. Məsələn, Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu da açıq şəkildə bildirmişdi. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib. Üstündən illər ötəndən sonra Sumqayıtda baş verənlərlə bağlı Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarının bəzilərinin üzərindən gizlilik qrafiki götürüldü. Məlum oldu ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir. DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə “Krunk” cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olublar.

Günahı sadə fəhlənin üstünə atdılar

Sumqayıt qırğınlarının arxasında SSRİ xüsusi xidmət orqanları və onların Ermənistandakı həmkarlarının dayanmasına, qətllərin əsas təşkilatçısının erməni əsilli Qriqoryan olmasına baxmayaraq baş verən hadisələrdə günah azərbaycanlıların üzərinə atıldı. Guya bu qırğınların əsas təşkilatçısı Sumqayıtda fəhlə ailəsində anadan olan Əhməd İman oğlu Əhmədov olub. Halbuki orta texniki peşə təhsili olan və Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyən Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulmuşdu. Lakin heç bir qətlin törədilməsində iştirak etməyib. Ə.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 6 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. Moskvanın göstərişi ilə hərəkət edən istintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirmək əvəzinə öncədən mərkəzdən aldığı təlimat əsasında günahı talanlarda iştirak edənlərdən kiməsə oxşadılan Əhməd Əhmədovun üstünə atdı. Erməni şahidlər Əhməd Əhmədovu talanlarda iştirak edənlərdən kiməsə oxşatdıqlarını, həmin adamın o ola biləcəyini tərəddüdlə bildirmişdilər. Bu isə günahı azərbaycanlıların üzərinə atmaq istəyən istintaq qrupu üzvləri üçün göydəndüşmə oldu. Yenə də istintaq qrupuna məlum idi ki, sumqayıtlılar bu qətllərdə iştirak etməyiblər, əksinə onlar erməniləri iğtişaş iştirakçılarından gizlədiblər. Necə deyərlər, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr qarşıya qoyulmuş təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. İstintaqa milliyyətcə erməni olan şahidlərin verdikləri ifadələrdən də görünür ki, onlarla erməni azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilib və xilas ediliblər. Doğum evlərinə hücum və yeni doğulmuş uşaqların öldürülməsi barəsində ermənilərin cəfəng iddialarına cavab olaraq, 28-29 fevral tarixlərində aralarında ermənilər də olmaqla, 38 körpənin dünyaya gəldiyi və onların heç birinin xəsarət almadığı tibb işçiləri və erməni anaların ifadələrində öz əksini tapıb.

Bütün bunlara baxmayaraq yalançı, əsası olmayan ifadələrlə həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub. Buna paralel olaraq Sumqayıt qırğınlarının əsas təşkilatçısı olan və kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.

Əvvəlcə Ermənistan qırğınlarda günahlandırılan Qriqoryanın ümumiyyətlə erməni olmadığını və onun qardaşları barədə deyilənlərin əsassızlığını iddia etdi. Ancaq E. Qriqoryanın pasport almaq üçün etdiyi müraciəti və orada milliyyətini erməni kimi göstərməsi barəsində sənəd, onun rus və yəhudi əsilli qonşularının ifadələri, ailə tərkibi haqqında arayışlar və sovet ordu sıralarında xidmət etdiyi zaman onun barəsində verilmiş xasiyyətnamə istintaqa təqdim ediləndən sonra onlar geri addım atmağa məcbur oldular. Bundan sonra 6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışdılar. Sonda da onlar istədikləriən nail olaraq Qorbaçovun ətrafındakıların köməyi ilə Qriqoryanın cəzasını çəkmək üçün Ermənistana göndərilməsinə nail oldular. Sonra isə onu həbsdən azad etdilər. Ə.Əhmədova qondarma ittihamlar əsasında güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinə məktub göndərərək guya övladlarının

güllələnmə cəzasının həbslə əvəz olunduğu barədə xəbər verdilər. Lakin bu xəbər təsdiqini tapmadı. Bununla belə Moskvanın o dövrdə Əhmədova verilən ölüm hökmünü ləğv etmək niyyətində olduğu istisna edilmir. Çünki 1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət etmiş və ona ölüm hökmünün dəyişdirilə biləcəyinə işarə vurmuşdular. Lakin Y.Məmmədov Moskvaya çatdıqdan bir gün sonra, aprelin 6-də Ə.Əhmədov güllələndi. Belə ehtimal edilir ki, Qorbaçovun ətrafındakı erməni mafiyası məsələdən xəbər tutaraq Əhmədovun təcili şəkildə güləllənməsinə nail olub.

Yenə də təəsüflər olsun ki, Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsinə nəinki müqavimət göstərmədi, əksinə soydaşlarımızın günahsız olmadığını bilə-bilə bunun qabağında susmağa üstünlük verdilər və bununla da erməni dəyirmanına su tökmüş oldular.

Bir sözlə Qorbaçov və ətrafındakı ermənilər Dağlıq Qarabağn Ermənistana birləşdirilməsi məqsədi ilə məharətlə Sumqayıtda “erməni qırğını” ssenarisini həyata keçirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquq-mühafizə orqanları baş verən hadisələri araşdıraraq faktlarla Sumqayıt qırğınının arxasında SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının dayandığını sübut etdilər. Lakin yenə də Ermənistan və onları müdafiə edən beynəlxalq güclər qondarma Sumqayıt qırğını ətrfaında ajiotaj qaldırmağa, bunu az qala soyqırımı kimi qələmə verməyə cəhd göstərirlər. Lakin tarixi saxtalaşdırmaqla erməni faşistlərinə dəstək verən güclər bu ikili standartların özlərinə qarşı çevriləcəyini unutmamalıdırlar. Vaxt gələcək ermənilər də, onların dəstəkləyən güclər də bölgədə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarına görə tarix qarşısında cavab verməli olacaqlar

Əziz Mustafa