Məktəblilər dilimizə olan sevgilərini nümayiş etdirdilər

0
362

21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə Mingəçevidəki şəhid Vaqif Ağakişiyev adına 12 saylı tam orta məktəbdə şagird, müəllim və valideyinlərin iştirakı ilə geniş tədbir keçirilib. Tədbirdə şagirdlər əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Məktəbin sinif müəlliməsi Bilalova Gülsura çıxış edərək 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq  Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır”. O həmçinin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, – deyən ümummilli lider Heydər Əliyevin ana dilimizin saflığı uğrundakı gördüyü işlərdən söz açıb. Onun sözlərinə görə, hazırda ölkə başçısı İlham Əliyev də dilimizin qorunmasına ciddi fikir verir.

Daha sonra 6b və 2b sinif şagirdləri doğma dilə həsr olunmuş şeirlər səsləndiriblər. Şagirdlərin ifasında “Bu mənim ana dilim”,”Şirindir ana dilim” mahnıları alqışlarla qarşılanıb. 6b sinifinin şagirdləri “Şah Qacar” tamaşasından bir parça da nümayiş etdiriblər.

Onu da qeyd edək ki, tədbirin ərsəyə gəlməsində məktəbin di -ədəbiyyat müəlliməsi Aytən İbrahimovanın və sinif müəlliməsi Gülsura Bilalovanın əməyi daha çox olub.

Esmira Hidayətova