Balıqların yaddaş imtahanı

0
783
Balıqların yaddaşının 3 saniyədən ibarət olduğu hər kəsə məlumdur. 
Lakin elm adamlarının apardıqları araşdırmalar bu haqda yeni məlumatlar ortaya çıxarıb. Əsasən akvarium balığı kimi tanınan Afrika tsixlosomları üzərində tədqiqat aparılıb. Təcrübəçilər balıqları akvariumun fərqli hissələrinə yerləşdirərək, 3 gün müddətində onları yemləməyə başlayıblar. Bundan sonra 12 gün ərzində müşahidə kameralarının yardımı ilə balıqların hərəkətləri izlənilib. Məlum olub ki,  balıqlar acdıqları vaxt akvariumun həmin hissəsinə gəlirlər. Bununla da balıqların heç də düşündüyümüz kimi, 3 saniyəlik yaddaşı olmadığı sübut olunub. Araşdırmanı həyata  keçirən Mak Evan Universitetinin müəllimi Trever Hamilton bunun yeni məlumatlar əldə etmək üçün önəmli bir addım olduğunu bildirib: “Aparılan təcrübə tsixlosom balıqlarının ağıllı olduqlarını göstərir. Düşünürəm ki, bu digər balıqlarla müqayisədə üstünlük hesab oluna bilər. Yəni yeməyin harada olduğunu xatırlayan balıq digərinə nisbətən üstünlük sahibidir. Təhlükə olmadığı müddətdə balıqlar yeməyin olduğu yeri xatırlayıb, ora üzə bilirlər”.bbbQeyd edək ki, Bioloji Təcrübələr Dərnəyinin hazırladığı hesabata görə, bioloqlar hazırda balıqların ətraf mühitdən təsirlənib-təsirlənmədiyini müəyyənləşdirmək istiqamətində araşdırmalar aparırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here