Yayda Azərbaycandan “buxarlanan” legionerlər

0
289

ELGİZ ABBASOV
Azərbaycan çempionatı əvvəlki kimi legioner oylağı deyil. Vaxtilə ölkəmizdə legioner limiti yox idi, bəzən klublar heyəti tamamilə legionerlərdən qururdular. “İnter”, “Qəbələ”, “Bakı”, “Standard” kimi klublarda yerli futbolçularımız əcnəbi kimi çıxış edirdilər. Həmin vaxt  mətbuat dəfələrlə qeyd etmişdi ki, legionerin Azərbaycana xeyri yoxdur. Äslində biz əcnəbinin gəlişinə tam qarşı deyildik. Deyirdik ki, gəlirsə, əsl legioner gəlsin. Yerli futbolçudan üstün olmayan bir əcnəbinin Azərbaycanda oynamağa nə haqqı var? Nəhayət, federasiya bunun bir iş olmadığını anladı və limit tətbiq etdi. Amma yenə də ölkəmizdə legionerlərin sayı az deyil. Hər il onlarca legioner gətirilir, bir o qədərdi göndərilir…
Biz də bu yay klublarımızdan göndərilən legionerlərdən yazacağıq…

“Qarabağ”
“Qarabağ” mövsüm başa çatdıqdan sonra Jaba Dvali, Ulrix Kapolonqo və Nikolos Gelaşvili ilə əməkdaşlığa son qoydu. Həmin futbolçular çempion heyətdə rəqabətə tab gətirə bilmədilər. Bu oyunçulardan Dvali və Gelaşvili Gürcüstan çempionatında çıxış edən “Zestafoni” ilə anlaşdılar. Kapolonqo isə hələ də işsiz gəzir.

“İnter”
“İnter” yeni mövsümə Flavio Bek, İvo Taborski, Brüs Abdulaye və Aleksandr İaşvili kimi legionerlər olmadan başlayacaq. Bu gedişlərdən çoxu arzulanmayan, istənməyən gedişlərdir. “İnter” Avropa Liqasından öncə Brüs və Aleksandrla əməkdaşlığa son qoymaq istəməsə də, onlar klubdan getdilər. Abdulaye sərfəli təklifə, İaşvili isə karyerasını bitirdiyi üçün klubdan getdi. Flavio və İvo isə heç klubda olduqlarını belə göstərməmişdilər ki, getdikləri də hiss olunsun.

“Qəbələ”
Marat İzmaylov, Lorenzo Ebesilio, İbrahima Niasse, Davronjan Erqaşev, Deyan Kelhar, Omar Kalabane, Yannik Kamanan, Dieqo Kosta, David Pietrzkeviç, Nikola Valentiç, Lurival Assis, Abdulvahid Afolabi, Daniel Subotiç.
Bəli, heç kim şübhə ilə yanaşmasın, bütün bunlar “Qəbələ”dən gediblər. Bu, “Qəbələ”də legionerlərin nə qədər çox olduğunu göstərir. Komanda bu legionerlərdən sadəcə Ebesilio, Niasse, Subotiç və İzmaylovun gedişini istəmirdi. Amma bəzən istənilən adamlar istənildikləri yerdə qalmaq istəmirlər. Məncə, legionerlərin gedişinə görə ən çox əziyyət çəkən klub məhz “Qəbələ” olacaq. Komanda bunu həm Avropa Liqasında, həm də daxili çempionatda hiss edəcək.

“Neftçi”
Azərbaycan Kubokunun sonuncu qalibi “Neftçi” də bir neçə legionerlərini yola saldı. İnsafən, deməliyik ki, Melvin Platyeni çıxmaq şərti ilə ayrılan digər legionerlər kluba xeyir verib getdilər. İqor Mitreski, Bahodir Nasimov kimi oyunçuların xidmətləri danılmazdır. Futbolçu kimi klubdan göndərilən digər legioner isə Pavel Doroşevs oldu. Paşa bundan sonra “Neftçi”də qapıçı-məşqçisi statusunda olacaq və fəaliyyətini belə davam etdirəcək.

“Bakı”
“Bakı”da çox sayda həll olunmamış məsələ var. O qədərdir ki… Legioner məsələsi, bəlkə də, ən sonuncudur. Amma gedişi konkretləşən futbolçular az deyil və onlar arasında legionerlər də var. Hələ mövsümün gedişində “Bakı”dan ayrılan Edin Nuredinoski ilə yanaşı,
Mario Rubio, Junior Vilson, Marius Pena, Aleksandr Şoliç, Deyvidas Çesnauskis, Arauxo Santos Etto, Mindauqas Kalonas kimi futbolçular da “zolaqlı” formanı geyinməyəcəklər. Amma sözsüz ki, bu son hədd deyil. Ehtimal olunur ki, “Bakı”da, ümumiyyətlə, legioner futbolçu çıxış etməsin.

“Xəzər Lənkəran”
Ötən mövsümü boşa verən klublardan biri də “Xəzər Lənkəran”dır. Məşqçiləri əlcək kimi dəyişən “Xəzər Lənkəran” yekunda heç bir nəticəyə sahib olmadı. Komanda mövsüm başa çatan kimi özünə lazım olmayan legionerləri yola saldı ki, bunlar Deyvid Sakkoni, Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov, Zohair Benuahi Riberio da Oliveyra Elias və Vyekoslav Tomiçdir. Äminliklə deyə bilərik ki, bu legionerlərin gedişi “Xəzər Lənkəran”a təsir etməyəcək. Bu isə o deməkdir ki, bu futbolçular “Xəzər Lənkəran”da sadəcə yer tuturdular. Xüsusən də, Elias məsələsində cənublular uduzdular. Eliası 1 milyon dollar civarında pul qarşılığında Azərbaycana gətirən “Xəzər” kompensasiya da daxil olmaqla, bu məsələdə minimum 500 min dollar itirdi. Bu məbləğlə isə aşağı yaş qruplarında möhtəşəm işlər görmək olardı.

“Simurq”
“Simurq”un baş məşqçisi Georgi Çixradze mövsüm başa çatdıqdan sonra Mindauqas Kalonas, Nenad Kiso, Dilaver Zrnanoviç və Raul Kostininin gedişinə qərar verdi. Bu oyunçular kluba tam yardım edə bilmədikləri üçün kollektivdən göndərildilər. Amma Anderson de Oliveyranın gedişini heç kim istəmədi. “Simurq” braziliyalı mərkəz müdafiəçisinə yeni müqavilə təklif etsə də, “sambaçı” bununla razılaşmadı. Və bu səbəbdən yollar ayrıldı. Hazırda “Simurq” məhz göndərilən legioner futbolçuların yerinə yeni oyunçular axtarır.

AZAL
“Qəbələ”dən sonra ikinci böyük dəyişikliyə məruz qalan komanda AZAL oldu. Vaqif Sadıqovun, demək olar ki, bütün kadrlarından imtina edən yeni çalışdırıcı Tərlan Ähmədov konkret olaraq, Samuel Barlay, Jose Junior Ailton, Branislav Arseniyeviç, Axtam Xamraqulov və Nedo Turkoviç kimi legionerləri yola saldı. AZAL-ın əcnəbiləri kəskin fərqlənmədikləri üçün onların gedişinin klubu zəiflədəcəyini demək olmaz. Ägər AZAL gələn mövsüm zəif çıxış edərsə, bu o deməkdir ki, məşqçilər korpusu yaxşı kollektiv formalaşdıra bilməyib.

“Sumqayıt”
Komandada Azərbaycan pasportuna malik olmayan futbolçu çıxış etmir. Milliləşənlərdən isə Uğur Pamukla Aleksandr Çertoqanov yola salındı.

“Araz Naxçıvan”
Premyer Liqanın debütüntı olan “Araz Naxçıvan” artıq 2 legioneri ilə vidalaşıb. Bunlar Aleksandr Kurtskeviç və Ruslan Zubkovdur. Ötən mövsüm komandanın ən sərrast oyunçusu olmuş David Canalidze ilə bağlı durum isə qeyri-müəyyəndir. Futbolçunun klubda qalıb-qalmayacağı bəlli deyil. Äslində baş məşqçi Äsgər Abdullayev istəyir ki, David komandada qalsın. Amma iş ondadır ki, “Araz Naxçıvan”ın strategiyasında legionerə yer yoxdur. Ona görə də “Araz” hələlik yerli oyunçularla müqavilə imzalayır. Ägər məşqçi korpusu rəhbərliyi yola gətirə bilsə, o zaman 1-2 əcnəbi ilə sözləşmə imzalanacaq.

Qeyd: Artıq elitanı tərk etmiş “Rəvan” isə heyətində yer alan bütün legionerlərə vidalaşıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here