“Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir”

0
257

“Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmin şəxs qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: “Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”.