“Yuğ”da “Misis və Mister Cəsəd”

0
127

Yuğ Teatrında “Misis və Mister Cəsəd” tamaşasının premyerası keçirilib. Tamaşa Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi” povestinin motivləri əsasında hazırlanıb.

…O biri dünyada “Yeraltı Gözəllik Yarışması”keçirilir. Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər. Məlum olur ki, hər biri özünü, az qala, müqəddəs sayan  iştirakçıların heç biri dirilməyə layiq deyillər.

 

Komik mistika janrında ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru ƏR-Toğrul, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir. Rollarda Amid Qasımov, Rasim Cəfər, Könül Cəfərzadə və başqaları çıxış edib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here