“Dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multukulturalizm ənənələrinin rolu” müzakirə olunub

0
414

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti, Mingəçevir şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov, həmin şöbənin əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müidri Kamal Nəcəfli, eləcə də həmin idarənin tabeçiliyində olan strukturların kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müidri Kamal Nəcəfli bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu” mövzusunda, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müidri Kamal Nəcəfli “Gənclərin tərbiyəsində multikulturalizmin rolu” mövzusunda çıxış ediblər.
Çıxış edənlər dövlətin dini sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs etmişlər.
Esmira Hidayətova, Mingəçevir.