“İlk matçda qol vurmağımız yaxşı olardı”

0
377
“Qəbələ” çox yaxşı komandadır, amma bizim səfərdə uduzmaq fikrimiz yoxdur”.
Bu sözləri Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib. Mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunu ərəfəsində mətbuat konfransı keçirib. O, iyulun 3-də qarşılaşacaqları rəqibdən çəkindiklərini bildirib: “Əlbəttə ki, ilk matçda qol vurmağımız yaxşı olardı. Bu qol mərhələ keçməyimiz üçün fayda verə bilər. Ən pis olanı təkcə səfərin uzaqlığı deyil, həm də rəqibin səviyyəsidir”. Baş məşqçi “Qəbələ”nin gücünə bələd olduğunu da gizlətməyib: “Qəbələ”nin 3 oyununu izləmişəm. Azərbaycan kubokunun finalında “Neftçi”, çempionatda “Sumqayıt”, hazırlıq dövründə isə “Maribor”la matçlarına əsasən təhlillər aparmışam. Komandada yeni oyunçular, yeni baş məşqçi – Dorinel Muntyanu var. Lakin “Qəbələ”də qalanlardan Dodo, Viktor Mendi və Nizami Hacıyevin oyununu qeyd etmək olar”. Musa matça hazırlıq səviyyəsini də dəyərləndirib: “Lakin biz də bu qarşılaşmalara yaxşı hazırlaşmışıq. Hələlik yalnız müdafiənin sol cinahı məni narahat edir. Burada Stipo Markoviç, yoxsa Yosip Barışiçi oynadacağımla bağlı tərəddüd edirəm. Lakin indiki durumda Markoviçin cüzi üstünlüyü var”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here