Prezident üsul-idarəsinə keçidlə bağlı dəyişiklik layihəsi qəbul edilib

0
344

Türkiyə Böyük Millət Məclisi prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, səsvermə yanvarın 21-də baş tutub. Səsvermədə iştirak edən 448 deputatdan 339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.APA