Trampın NATO barədə dedikləri alyans rəhbərliyi tərəfindən narahatlıqla qarşılanıb

0
366

ABŞ-ın yeni prezidenti Trampın NATO-nun ünvanına xoşgəlməz ifadələr işlətməsi Avropada həyəcanla qarşılanıb.  Russian.RT.com saytına istinadən verdiyimiz məlumata görə, məsələyə münasibət bildirən Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, Trampın NATO-nun köhnəlməsi barədə dedikləri qurum rəhbərliyində narazılığa səbəb olub. Ştaynmayer: “Mən bir müddət öncə NATO Baş katibi Yens Stoltenberqlə danışdım. Tramp tərəfindən NATO-nun köhnəlmiş qurum hesab edilməsi onun tərəfindən narahatlıqla qarşılanıb”, – deyib. O qeyd edib ki, NATO-nun Brüsseldəki qərargahında Tramın dedikləir təəccüb və narazılıq doğurub.

Xatırladaq ki, Tramp Tayms (The Times) qəzetinə verdiyi müsahibəsində NATO-nun vacib qurum olduğunu, ancaq onun köhnəldiyini vurğulayıb.