Atam məni evləndirdi ki, yükü azalsın, amma

0
433

Bir neçə gündür ki, Mingəçevir Məşğulluq Mərkəzinin qarşısında qələbəlik yaşanır. Növbəyə dayananlardan nə üçün burada növbə tutduqlarını soruşduq. Şəhər sakini Əli Quliyevin Yeniavaz.com-un sualına cavabı belə oldu: “Eşitdik ki, Məşğulluq Mərkəzində iş yerləri var. Ona görə də 5 gündür ki, səhər saat 7-dən gəlib növbə tutmaq istəyirik, amma hələ ki, içəri keçə bilməmişik. 35 yaşım var, atam məni evləndirdi ki, yükü azalsın. Amma atamın yükü daha da artdı. Onun aldığı 120 manat pensiya ilə dolanırıq. Evdə 3 körpə uşaq var. Onların çörək pulunu çatdıra bilmirik. Mən hələ bu yaşıma qədər daimi iş yeri ilə təmin olunmamışam. İki-üç gün iş olanda işləmişəm, beləcə ailəni bir təhər sudan çıxarmışıq. Bu yaxınlarda eşitdik ki, qaz idarəsinə işçi yığırlar. Mingəçevirdən 60 nəfər olmalıdır. Ötən il də mən bu siyahiya düşə bilmədim, bu gün də”.
“Başımızın üstündən kimlərisə çağırıb qeydiyyata alırlar, bizə məhəl qoyan yoxdur”. Bu sözləri isə şəhər sakini Zaur Binnətov dedi.
Digər şəhər sakinləri – Rəhim Fuadov, Nizami Məmmədov dedilər ki,ümidimizi bu idarəyə bağlamışıq, evdə uşağın, ata-ananın üzünə baxa bilmirik. Hər səhə gəlib növbə tutub gedirik, amma bir faydası yoxdur. Bu gün ən böyük problemimiz işsizlikdir: “Bizə bildiriblər ki, Mingəçevirdə yeni iş yerləri açılacaq, amma həmin iş yerlərinin qapısında böyük qıfıllar asılıb”.
Esmira Hidayətova, Mingəçevir