“Peşə məktəbləri mərkəzləşmiş formaya keçəcəklər”

0

Günümüzdə bir çox valideynlər övladlarını peşə məktəblərinə yönəldir. Bu, çox sadə formada aparılır – uşağın adını məktəbdən çıxarıb, peşə məktəbinə yazdırırlar. Lakin adı peşə məktəbinə yazdırılan yeniyetmə demək olar ki, dərsə getmir. Peşə məktəbini bitirən şəxs zavodda, fabrikdə işləmək üçün müraciət etdikdə isə ondan bir çox hallarda ali təhsil tələb olunur. Bəs belədirsə, onda peşə məktəbi oxumaq nəyə lazımdır?

hermaphrodite porno “Peşə təhsili ilə bağlı hökumətin proqramı var və bu gün peşə təhsilinin təsərrüfatın tələblərinə uyğun qurulması üzrə işlər gedir”. Bunu “Yeniavaz.com”a təhsil eksperti Əjdər Ağayev dedi. Onun sözlərinə görə, hazırda da bir neçə regionda peşə təhsili ilə bağlı mərkəzlər yaradılıb: “Peşə təhsil mərkəzi təsərrüfatın tələblərinə uyğunlaşdırılıb. Yəni cənub zonasının tələbatı nədirsə, şimal-qərb zonasının təlabatı nədirsə, o üzrə ixtisaslaşdırmalar aparılır. Məsələn, Lənkəranda çayçılıq, Mərkəzi Aran rayonlarında pambıqçılıq, taxılçılıq və s. Məqsəd o üzrə işlərə bələd olan, bilən peşə işçiləri hazırlamaqdır. Yeni yaradılan peşə mərkəzlərində hər şey əvvəlki kimi olmayacaq. Bu sahəyə yeni yanaşılır, yeni qurulur. Bu tədris ilinin axırından sonra mövcud olan peşə məktəbləri var idi ki, fəaliyyət göstərirdi, onlara da yeni yanaşmalar olacaq”. “İxtisas seçimi yalnız regionun tələbinə uyğun aparılacaq” Ə. Ağayev yeni yaradılan peşə mərkəzlərdə ixtisas seçiminə də münasibət bildirdi: “Artıq peşə təhsil mərkəzlərində ixtisas seçimi başqa formada müəyyənləşdiriləcək. İxtisas seçimi indiyə qədər olan, yəni bu ixtisas üzrə yer yoxdu, qoy başqa ixtisas üzrə adı yazılsın kimi olmayacaq. Artıq bu sistem belə olmayacaq. Bu seçim tam fərqli və məqsədyönlü olacaq. İxtisas seçimi yalnız regionun tələbinə uyğun olaraq seçiləcək. Yəni artıq peşə məktəbini bitirən şəxs müəyyən bir iş üzrə işləyə biləcək. Orada təsərrüfat və ya xidmət sahəsində həmçinin sənaye sahəsində ixtisaslar olacaq. Bitirdikləri ixtisas üzrə iş tapmaları rahat olacaq. Tam yeni yanaşma ilə proqram hazırlanıb və bu istiqamətdə iş aparılır”. Ruzbeh Məmməd

source url