Əliyar Səfərli vəfat edib

0
193

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib. O, 80 yaşında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib. Ə.Səfərli Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi. Allah rəhmət eləsin!