Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində sınaqlar keçirilib

0
242

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib.

Butun yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilir. Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı da uğurla həyata keçirilib. Eyni zamanda, stansiyadakı konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması sınağı da uğurlu alınıb.

Qeyd edək ki, 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı – Tbilisi – Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı – Tbilisi – Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib. apa