Mingəçevirdə uşaqlar “Qış nağılı”nı təqdim ediblər

0
340

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər Mingəçevir şəhərində davam edir. Mingəçevirdəki 3 saylı beynəlmiləl məktəbdə bu bayram münasibəti ilə “Qış nağılı”adlı musiqili əyləncəli tədbir keçirilib. Tədbiri məktəbin rus bölməsinin 2 və 3-cü sinfinin şagirdləri hazırlayıblar. Onlar rəngarəng geyimlərdə əvvəlcə yolkanın ətrafında Şaxta baba və Qar qızı səsləyiblər. Şaxta baba və Qar qız şənliyə gəldikdən sonra uşaqların şənliyi daha maraqlı anlarla yaddaşlara həkk olunub. Belə ki, balacalar bir-birindən maraqlı “Karandaşların mehribançılığı”,”Qırmızı papaq”nağılı və s.  nümayiş etdiriblər.

Sinfin müəlliməsi Tahirə Tahirova tədbir zamanı bildirdi ki, belə tədbirləri keçirməkdə məqsədimiz şagirdlərin dünyagörüşünü, onların intelektual bilik və bacarıqlarını önə çıxarmaq və valideyin-məktəb münasibətlərini bir arada saxlamaq, mehribançılıq, birlik nümayiş etdirməkdir. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Tahirova  müəllim və valideyn kollektivinə belə bir tədbirin ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib.


Tədbir şən musiqi sədaları altında davam edib.