Qəzaya uğramış təyyarənin “qara qutu”su tapılıb

0
310

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğramış “Tu-154” təyyarəsinin “qara qutu”sunu tapıblar.
“Report”un məlumatına görə, bu barədə “TASS” agentliyi güc strukturundakı mənbəyə istinadən xəbər verib.
“Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxarılacaq”, – deyə mənbə bildirib.
Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin cəsədi və böyük miqdarda cəsəd qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib.