Qubanın folklor kollektivi birinci yerə layiq görülüb

0
213

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba-Xaçmaz zonası üzrə keçirilən gənclərin folklor festifalı başa çatıb.
Quba şəhərinin mərkəzi meydanında təşkil olunmuş festifalda Qusar, Şabran və Xaçmazdan olan 10-dan artıq folklor qrupu və muğam ifaçıları milli rəqslərimizi və muğamlarımızı təqdim ediblər.
Festival iştirakçıları tədbirin milli mədəniyyət nümunələrimizin təbliği və qorunub gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qeyd olunubdur ki, bu kimi tədbirlər folklor qrupların gələcək fəaliyyət istiqamətlərinin formalaşması və yaradıcılıq imkanlarının genişlənməsi baxımından da vacibdir.
Festifalda Qubadan olan folklor kollektivi birinci yerə layiq görülüb. Şabranlı gənclər ikinci, Xaçmaz təmsilçiləri isə üçüncü yeri qazanıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here