Hollandiyanın rəqibi Kosta-Rika oldu

0
231

İyunun 29-da Fortaleza şəhərindəki “Kastelao” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Hollandiya və Meksika milli komandaları qarşılaşıblar.
Portuqaliyalı baş hakim Pedro Proencanın idarə etdiyi oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açıb.  Matçın sonuna yaxın hollandiyalı futbolçu Vesley Sneiyder hesabı bərabərləşdirib – 1:1.
Meksika millisinin futbolçu Rafael Markezin kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnib. Penalti zərbəsini dəqiq yerinə yetirən Hollandiya yığmasının üzvü Klass-jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirib – 2:1. Bu qələbə ilə Hollandiya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

Recife şəhərindəki “Pernambuco” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Kosta-Rika və Yunanıstan milli komandaları qarşılıblar. Avstraliyalı baş hakim Benjamin Villiams idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqlənib. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşdirib – 1:1.
Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib.
Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here