2050-ci ildə insanlar hər dildə danışa biləcəklər

0
424
Bir neçə ildən sonra həyatlarında nə kimi dəyişikliklərin olacağı hər zaman insanların maraq dairəsində olub. İnsanların gələcəkdən xəbər vermək qabiliyyəti olmasa da, araşdırmalar nəticəsində elm və texnikadan əldə ediləcək nailiyyətlərdən xəbərdar olmaq mümkündür. Sizə “Business İnsider” saytının 2050-ci illə bağlı proqnozlarını təqdim edirik:
– 1950-ci illərdə 5 yaşından aşağı uşaqlarda ölüm hallarının göstəricisi mində 150% idisə, hazırda bu rəqəm azalaraq mində 48% olub. 2050-ci ildə isə bu göstəricinin 30% olması gözlənilir.

– Tibb sahəsində aparılan araşdırmalar yeni nailiyyətlərin qazanılmasına yol açacaq. 2050-ci ildə müalicə olunmayan xəstəliklərin sayı azalacaq.

– 1980-ci illərdən bəri aparılan araşdırmalar dünyada kasıb ölkələrin sayının azaldığını göstərir. Bu göstəricini əsas tutan elm adamları 2050-ci ildə bütün ölkələrin kasıbçılığın daşını atacaqlarını düşünürlər.

– Adətən, filmlərdən izlədiyimiz “ağıllı” robotlar 2050-ci ilə qədər daha da inkişaf etdirilərək, insanların gördükləri bir çox işləri yerinə yetirəcəklər.

– Avtomobil şirkətləri gələcəkdə “ağıllı avtomobillər” istehsal edəcəklər. Bu, yol qəzaları və ölüm hallarının qarşısını alacaq və insanlar daha rahat avtomobil idarə edəcəklər.

– Əldə edilən məlumatlar göstərir ki, 1900-cü ildən bəri insanlar arasında gəlir fərqi aşağı düşüb. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu fərq minimuma enəcək.

– Hazırda dünyada oxuma-yazma bilməyənlərin sayı 23,6% təşkil edir. 2050-ci ildə bu göstəricinin 12% olacağı gözlənilir.

– Hazırlanan beynəlxalq protokollar 2050-ci ildə dünyada baş verən daxili və xarici münaqişələrin ən azı 50% azalacağını göstərir.

– Mütəxəssislərin hesablamaları göstərir ki, 2050-ci ildə 8 milyard insan internetdən istifadə edəcək ki, bu da dünya əhalisinin 97,5%-ni təşkil edəcək.

– Genetika mühəndislərinin apardıqları araşdırmalar göstərir ki, fizikadan idmana qədər bütün sahələrdə “superuşaqlar” hazırlamaq mümkün olacaq.

– Elm adamları hesab edirlər ki, 2050-ci ildə insanlar elektron cihazların köməyi ilə hər dildə danışa biləcəklər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here