“Şən startlar” sona çatdı

0
469

Mingəçevirdə keçirilən “Şən startlar” idman yarışı sona çatıb. Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən məktəbəqədər müəssisələrin yuxarı yaş (2011-2012-ci il) qrupları arasında “Şən startlar” idman yarışı on gün davam edib. Bu barədə Gənclər və İdman İdarəsinin sözcüsü Mahir Əliyev məlumat verib. Onun sözlərinə görə, yarışın keçirilməsində əsas məqsəd uşaqların bir-biri ilə dostluq əlaqələrinin gücləndirilməsi, fiziki güc və bacarıqlarının nümayiş etdirilməsi və cəmiyyətdə sağlam vətəndaş kimi formalaşmasına stimul vermək idi.
Yarışda şəhərin 21 məktəbəqədər müəssisəsi 5 yarış qrupunda, 5 idmançı ilə 1, 4, 7, 10, 16 saylı bağçalarda mübarizə aparıblar. Əsasnaməyə uyğun olaraq beş ayrı-ayrı idman növlərində güclərini sınayan azyaşlılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanmalıydılar. Yarımfinalda 1, 4, 6, 7, 10, 11, 13, 16, 17, 19 saylı uşaq bağçalarının komandaları yarımfinalçıları müəyyən ediblər. Final görüşündə isə daha güclü olan
10 saylı uşaq bağçası – I yer
1 saylı uşaq bağçası – II yer
6 saylı uşaq bağçası – III yer
16 saylı uşaq bağçası – IV yer
11 saylı uşaq bağçası – V yerləri özləri üçün təmin ediblər.
st1

Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və hədiyyələri İdarənin rəisi Kamal Nəcəfli, şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Elşən Əliyev, şəhər Təhsil şöbəsinin məktəbəqədər müəssisələr üzrə metodisti Sevda Rəhimova qalib komandaların hər birinə və komanda üzvlərinə təqdim ediblər.
st2

Esmira Hidayətova, Mingəçevir.