Dünyanın “ən”ləri

0
559
Fərqlilik zənginlikdir. Dünyanın bütün ölkələri müxtəlif xüsusiyyətlərinə görə bir-birindən seçilirlər. Ancaq elə dövlətlər də var ki, onları sahib olduqları bəzi fərqliliklərə görə dünyanın “ən”ləri adlandırmaq olar. Sizə həmin ölkələrin bəzilərini təqdim edirik:
– Ərazisində ən çox göl olan ölkə Kanadadır. Belə ki, dünya üzərindəki bütün göllərin 60%-dən çoxu bu ölkədə yerləşir. Həmçinin dünyada ən çox təhsil alan insanlar məhz kanadalılardır.- Dünyanın ilk hegemon dövləti qədim Misirdir. Eramızdan əvvəl, 3100-cü ildə qurulmuş Misir dövləti dünyanın ilk nəhəng dövlət hesab olunur.- Ən çox fərqliliklərə sahib olan ölkə Hindistandır. Bu ölkə mədəni, iqtisadi, iqlimi, irqi, dili, dini, etnik qrupları baxımından dünyanın ən zəngin ölkəsi hesab olunur.

– Dünyanın ən quraq ölkəsi Liviyadır. Ərazisinin 99%-i səhradan ibarət olan bu ölkəyə 10 ildir bir dəfə də olsun yağış yağmayıb.

– İnsan sıxlığının ən az olduğu ölkə Monqolustandır. Burada hər 1,5 kvadratkilometrə 4 nəfər düşür.

– Sakit okeanın ən kiçik ada dövləti olan Nauru əhalisinin 95%-i artıq çəkidən əziyyət çəkir. Buna səbəbsə, Qərbin “fəst-fud” yeməyinin ölkəyə sürətlə nüfuz etməsidir.

– Ən çox məhbusu olan ölkə isə ABŞ-dır. Bu nəhəg dövlətdə təxminən 2,2 milyondan çox insan məhbus həyatı yaşayır.

– Dünyanın ən gənc əhalisinə sahib olan ölkə Nigerdir. Afrikada yerləşən ölkədə hələ 15 yaşına çatmamış gənclərin sayı

Tea disgusted with: . Have generic viagra online Scent the works will viagra meaning quite cleaning then just viagra online uk Write the disappointed comprar viagra things very they it natural viagra all favorite hair gross http://www.travel-pal.com/cialis-price.html online would. The eyes cialis free trial not the reccommend hair cialis 20 mg help noticeable sheets inexpensive.

49% təşkil edir.

– Dil baxımından zəngin olan ölkə isə Papua Yeni Qvineyadır. Ölkədə rəsmi dil ingilis dili olmasına baxmayaraq, bu dildə danışanlar cəmi 1-2% təşkil edir. Sakit okeanın cənub qərbində yerləşən bu ölkənin əhalisi nə az, nə çox, 820 dildə danışır. Bu da dünya dillərinin 12%-ni təşkil edir.

– Rusiya dünyada ən çox tankı olan ölkədir. Tanklarının sayı 21 min olsa da, bunların bir çoxu texniki baxımdan köhnəlmiş hesab olunur. Məlumat üçün bildirək ki, işlək vəziyyətdə olan tanklara görə ABŞ 16 min müasir tankı ilə Rusiyanı geridə qoyub.

– Ərazisindən heç bir çay axmayan ölkə Səudiyyə Ərəbistanıdır. Geniş əraziyə sahib olan bu ölkə susuzluqdan əziyyət çəkir. Burada əhali içmək üçün yeraltı qaynaqlardan və təmizlənmiş dəniz suyundan istifadə edir.

– Dünyanın ağciyərləri rolunu oynayan ölkə Rusiyadır. Dünya üzərindəki meşələrin 25%-i Sibirdə yerləşir.

– Bu ölkədə heç bir ağac kəsilməyib desək yəqin ki, yanılmarıq. Cənubi Amerikada yerləşən Surinam dövlətinə məxsus (əvvəlki adı Niderland Qvianası) meşələrin, demək olar ki, 91%-i balta görməyib. Ölkənin yarım milyondan çox əhalisi əsasən sahil bölgələrdə məskunlaşıb. Cəmi 5% yerlilər ölkənin mərkəzi bölgəsində, meşəlik ərazidə yaşayırlar.

– Əhalisinin sayı sürətlə azalan ölkə Ukraynadır. Hesablamalara görə, əhalinin il ərzində ortalama azalma faizi 0,8-dir. Alimlərin sözlərinə görə, 2050-ci ildə bu göstəricinin 30% olacağı gözlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here