“Kəpəz” də “Neftçi”nin göz yaşlarına inanmadı

0
251

Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Turun açılış matçında əzəli rəqiblər “Kəpəz” və “Neftçi” bu dəfə Gəncədə üz-üzə gəliblər. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb: 2:0. Qolları Orxan Əliyev (19) və Ebah (49) vurublar. Bu komandaların ilk dövrədəki qarşılaşmasında paytaxt təmsilçisi qələbəni bayram etmişdi.
Gəncəlilər bu oyunda qalib gəlməklə həm bakılılardan birinci dövrədəki məğlubiyyətin əvəzini çıxıb, həm də xallarının sayını 15-ə çatdırıb.
Qeyd edək ki, bu, “ağ-qaralar”ın hazırkı çempionatda 10-cu məğlubiyyəti olub. Digər 3 oyunda isə komanda qələbə qazanıb. Ümumilikdə, komanda 39 mümkün xaldan cəmi 9 xal toplayıb və hazırda autsayderlər sırasındadır. “Neftçi”nin bu mövsüm 1 heç-heçəsi belə yoxdur. Komanda 13 turda cəmi 9 qol vurub, 29 qol buraxıb.

AZAL qələbəni əldən verdi
Bu gün Topaz Premyer Liqasında XIII turunda AZAL və “Sumqayıt” komandaları üz-üzə gəlib. Turnir cədvəlinin son pilləsində qərarlaşan “təyyarəçilər” Samir Abasovun yetirmələrini əliboş yola salmaqla, cari mövsümdə ilk qələbələrini qazanmağa çalışıblar. AZAL Nuqzar Kvirtiyanın oyunun 38-ci dəqiqəsində vurduğu qolla bunu reallaşdırmaq istəyiblər. Amma 86-cı dəqiqədə “Sumqayıt”ın – Amil Yunanovun on bir metrdən vurduğu qol onların arzularını ürəklərində qoyub və oyun bu hesabla başa çatıb: 1:1. Ötən tur “Neftçi”ni məğlub edən Samir Abasovun komandası bu gün rəqibini məğlub etsə idi, turnir cədvəlində dördüncü pilləyə yüksələcəkdir.