UEFA Çempionlar Liqasının V turunda: 8 qarşılaşma, 28 qol

0
412

Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “E”, “F”, “G” və “H” qruplarında beşinci turun oyunları keçirilib. Bu qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.

“F” qrupunda oynanılan “Borussiya Dortmund”-“Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib. Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi bu mötəbər turnirin tarixinə düşüb. Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də “Monako”-“Deportivo” matçında (8:3) qeydə alınmışdı.

Bu qrupun digər oyununda “Sportinq” komandası doğma meydanda “Real Madrid”ə məğlub olub – 1:2.

Bununla da “F” qrupunda “Borussiya Dortmund” (13 xal) və “Real Madrid” (11 xal) növbəti mərhələyə vəsiqəni təmin ediblər.

“E” qrupunda “Monako” Londonun “Tottenhem” komandası üzərində qazandığı 2:1 hesablı qələbə ilə xallarının sayını 11-ə çatdırıb və qrupda liderliyini rəsmiləşdirərək növbəti mərhələyə vəsiqəni təmin edib.

“G” qrupunda İngiltərə təmsilçisi “Lester Siti” doğma meydanda qrupun autsayderi “Brügge” üzərində 2:1 hesablı qələbə qazanıb. Digər oyunda isə “Kopenhagen”-“Portu” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.

Beləliklə, “G” qrupunda “Lester Siti” 13 xalla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

“H” qrupunda “Olimpik Lion” səfərdə Zaqrebin “Dinamo” komandası üzərində minimal hesablı qələbə qazanıb. “Yuventus” isə səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edərək qrupda liderliyi ələ keçirib.

Beş turdan sonra bu qrupda “Yuventus” 11 xalla birinci, “Sevilya” 10 xalla ikincidir.

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “A”, “B”, “C” və “D” qruplarında beşinci turun oyunları noyabrın 24-də keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr

E qrupu

MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya) – 1:1

Qollar: Naço, 76 (pen.) – Volland, 16

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) – 2:1

Qollar: Sidibe, 48, Lemar, 53 – Keyn, 52 (pen.)

1. Monako 5 3 2 0 9:4 11
2. Bayer 5 1 4 0 5:4 7
3. Tottenhem 5 1 1 3 3:5 4
4. MOİK 5 0 3 2 4:8 3

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa) – 8:4

Qollar: Kaqava, 17, 18, Nuri, 20, Dembele, 29, Roys, 32, 52, 90+3, Passlak, 81 – Priyoviç, 10, 24, Kuçarçik, 57, Nikoliç, 83

“Sportinq” (Portuqaliya) – “Real” (İspaniya) – 1:2

Qollar: Silva, 80 (pen.) – Varan, 29, Benzema, 87

1. Borussiya 5 4 1 0 19:7 13
2. Real 5 3 2 0 14:8 11
3. Sportinq 5 1 0 4 5:7 3
4. Legiya 5 0 1 4 8:24 1

G qrupu

“Lester” (İngiltərə) – “Brügge” (Belçika) – 2:1

Qollar: Okazaki, 5, Mahrez, 30 (pen.) – İzkerdo, 52

“Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya) – 0:0

1. Lester 5 4 1 0 7:1 13
2. Porto 5 2 2 1 4:3 8
3. Kopenhagen 5 1 3 1 5:2 6
4. Brugge 5 0 0 5 2:12 0

H qrupu

“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:3

Qollar: Parexa, 9 – Markizio, 45+1 (pen.) Bonuççi, 84, Mancukiç, 90+4

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa) – 0:1

Qol: Lakazet, 72

1. Yuventus 5 3 2 0 9:2 11
2. Sevilya 5 3 1 1 7:3 10
3. Lion 5 2 1 2 5:3 7
4. Dinamo 5 0 0 5 0:13 0