Mingəçevir Dövlət Universitetində konfrans keçirilib

0
375

“Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multukulturalizm ənənələrinin rolu” mövzusunda Mingəçevir Dövlət Universitetində konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin prorektoru Rövşən Əliyev açaraq tələbələrə bu maarifləndirici mövzu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, müasir dünyada baş verən qlobal proseslərin ən aktual aspektlərindən biri dinlərarası proseslər təşkil edir: ”Müxtəlif ideologiyalara, mədəniyyətlərarası münasibətlərə, siyasi və sosial sahələrə, milli-mənəvi dəyərlərə, ən başlıcası dünya dövlətlərinin strategiyalarına dinlərin təsirini qeyd etmək olduqca vacibdir. Bu baxımdan dünyanın bir çox yerlərində ayrı-ayrı xalqlar dini ekstramizmdən əziyyət çəkirlər. Dini ekstramizmin güclənməsi isə insanların əzab çəkməsinə, öz ölkələrindən didərgin düşməsinə və multukulturalizm ənənələrinin məhvinə gətirib çıxarır. Azərbaycanda ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində dini ayrı-seçkiliyin qarşısı alınmış və multukulturalizmin ənənələri inkişaf etdirilmişdir”.
Daha sonra Mingəçevir şəhər İBH-aparatı, ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multukulturalizm ənənələrinin rolu”, Əlisa Fərəcov -DQİDK-nin Yevlax bölgəsi şöbəsinin Mingəçevir şəhəri üzrə nümayəndəsi” Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu”, Camal İsayev -DTX Mingəçevir şəhər şöbəsinin əməliyyat müvəkkili “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” və din xadimi Müşfiq Nəcəfov “gənclərin tərbiyəsində dinin rolu “maarifləndirici mövvzularda geniş çıxış ediblər.
Rövşən Əşrəfov, Mingəçevir.