“İlin büdcə paketi hələ təqdim olunmayıb”

0
336

“Bir ay 10 gündən sonra yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisə təqdim edilməyib”. “Yeniavaz.az” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert bildirib ki, parlament üzvləri də bu barədə susur, ictimai müzakirədən qaçır, mətbuatda maaş davası edirlər: “Dünən, ilin sonuna 42 gün qalmış hökümətin və parlamentin iştirakı olmadan büdcə müzakirəsi keçirdik. Bu müzakirəyə büdcə işi əlaqdar olan, islahat adı altında yaradılan dövlət orqanları ilə yanaşı parlamentin rəhbərliyi, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər komitə sədrləri rəsmi dəvət alsa da dövlətin büdcəsini hazırlayan, müzakirə və qəbul edən, sonra da talayan rəsmilərdən qoşulan olmadı. Hətta deputatların arasında özünü cəsarətli götərənlər belə gəlib sözünü deməkdən çəkindilər, halbuki bu müzakirəni onlar təşkil edib bizi dəvət etməliydilər ki, biz də onların narahatlğını bölüşüb, hökümətdən növbəti ilin büdcə layihəsini tələb edək, səsimiz daha gur çıxsın. 1 ay 10 gündən sonra cari il başa çatır, yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisə təqdim edilməyib. Parlamentin əsas işi sayılan büdcə müzakirələri bir çox olkələrdə 6-9 ay əvvəldən başlayır, hətta ən pis halda bu müzakirələrə ilin sonuna 3 ay qalmış start verilir. Büdcə sistemi haqqında Qanuna görə, Azərbaycanda dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
Q.İbadoğlunun sözlərinə görə qonşu ölkələr artıq büdcə layihəsini parlamentlərinə təqdim edib: “Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bu gün noyabrın 19-dur, Qanunda nəzərdə tutulan ən sonuncu vaxtdan 1 ay 5 gün ötüb, amma Milli Məclis üzvlərinə növbəti ilin büdcə paketi hələ təqdim olunmayıb. Buna baxmayaraq Məclis üzvləri mətbuatda büdcənin müzakirəsinin niyə gecikdirilməsini deyil, məvaciblərini artımını müzakirə edirlər. Mənim ona etirazım yoxdur, amma onlar nəzərə almalıdırlar ki, məvaciblərinin artımarı elə büdcə sənədindən asılıdır. 125 nəfər arasında 1 nəfər də olsun büdcə sənədinin gecikdirilməsindən danışmır, elə bil ki, elə belə də olmalıdır. Baxmayaraq ki, indiki iqtisadi böhran dövründə bu sənəd daha çox müzakirə olunmaldır ki, daha da mükəmməl hala gətirilsin. Artıq Rusiya Duması federal büdcəni 1-ci ouxunuşda qəbul edib, Gürcüstan palamenti oktyabrın 10-dan büdcə müzakirəsinə başlayb. Biz isə hələ də gözləyirik, çox güman ki, dekabrda başlayacaq büdcə müzakirəsi bir neçə günə də yekunlaşacaq və beləliklə də ölkənin 1 illik iqtisadi həyatının taleyi parlamentdə bir neçə günə “həll olunacaq”.