Məhəmməd Mursinin edam cəzası ləğv olunub

0
127

Bu gün Qahirədə kasasiya məhkəməsi 2013-cü il iyulun 3-dı hərbi çevrilişdən sonra həbs edilmiş Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib. Məhkəmə Məhəmməd Mursi ilə bərabər, “Müsəlman qardaşları” hərəkatının bir sıra digər üzvləri barədə çıxarılmış ölüm hökmlərinin ləğvinə dair də qərar qəbul edib. Digər məlumata görə, işlə bağlı yeni araşdırma təyin olunub.
Xatırladaq ki, sabiq prezident və onun silahdaşları ölüm cəzasına həbsxanadan qaçışların və asayiş keşikçilərinə hücumların təşkili ittihamı üzrə məhkum edilmişdilər.