İraq ordusu Mosul şəhərinə daxil olub

0
406

İraqın hökumət qüvvələri Mosul şəhərinə hücumları bərpa edib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına əsasən, ordu şərq istiqamətdən şəhərə daxil olub. Euronews telekanalı xəbər verir ki, Mosulun İŞİD yaraqlılarından təmizlənməsi uğrunda əməliyyat oktyabrın 17-dən başlayıb. Əməliyyatlarda hökumət qüvvələri, kürd silahlı birləşmələri – “Peşmərgə” və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya iştirak edir. Hərbi əməliyyatların yenidən aktivləşməsi əhalinin şəhəri tərk etməsi prosesini sürətləndirib.