Ceyms Uorlik: “Mövcud status-kvo davamlı deyil”

0
254

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 22-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları bu ölkənin nəzarətinə qaytarılmalıdır. O, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının da danışıqların elementlərinə daxil olduğunu qeyd edib.

Münaqişənin həlli istiqamətində görüşlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayan C.Uorlik deyib: “Həmsədrlər artıq bəyan ediblər ki, mövcud status-kvo davamlı deyil”.