Bəlkə mən səhv fikirləşirəm…

0
259

Deyilənə görə, dilimizdə cəmi 4 şeyə düzgün ad qoyulmayıb: İynəyə, tikana, gəlinə və ayrana. Mən də bu deyilənlərlə razıyam. Onların adı düzgün qoyulmayıb. Gərək bu adları qoyan zaman Dədə Qorqud belə səhv etməyəydi. Amma bu adların səhv qoyulması insanların bir-birilə ünsiyyət qurmasına mane olmayıb. Çünki Dədə Qorqud sonradan öz səhvini etiraf edərək onların nə mənaya gəldiyini açıqlayıb. Amma Dədə Qorquddan sonra ortaya çıxan elə şeylər var ki, onlara nə ad tapmaq olur, nə də mənasını izah etmək. Daha doğrusu mən bunlara ad tapmaqda çətinlik çəkirəm. Ola bilsin ki, kimlər üçünsə indi haqqında bəhs edəcəyim məsələlər başadüşüləndir. Amma mən başa düşmürəm və böyük ehtimalla heç vaxt da başa düşməyəcəm…

Əvvəlcə başlayım yaxınlardan… Adını çəkmək istəmədiyim televiziya kanallarının birində yenə də adını çəkmək istəmədiyim banklardan birinin reklam çarxına rast gəldim. Reklam sujetinin məğzi bundan ibarət idi ki, həmin bank Qurban bayramı münasibətilə öz müştərilərinə güzəştlər təqdim edir. Sən demə həmin bank Qurban bayramı ilə əlaqədar olaraq kredit faizlərini aşağı salıb. Təsəvvür edirsiniz, Qurban bayramına görə, insanlara daha aşağı faizlər təqdim olunur. Qurban bayramının nə olduğunu bilənlər bəyəm faizin nə olduğunu bilmirlər? Yəqin ki, çox gözəl bilirlər. Bəs, bu anormallığa nə ad qoymaq olar? Bu necə “həzm” etmək olar? Müsəlmanlar üçün son dərəcə dəyərli olan bir bayramın adını, müsəlmanlar üçün son dərəcə dəyərsiz olan bir əməllə necə qoşa çəkirlər? Bir-birinə tamamilə zidd olan bu əməlləri necə birləşdirmək istəyirlər? Qurban bayramında faizləri aşağı salmasalar, dünya dağılar? Bəyəm “Yeni il”, “8 Mart”, “Sevgililər günü” və bu qəbildən olan başqa bayramlar onlara azlıq edir?

İndi bir qədər uzağa gedək… Xatırlayırsınızsa, bir-neçə ay əvvəl Fransada qadınların çimərliyə paltarla daxil olması məsələsi dünya mediasının əsas gündəminə çevrilmişdi. Mənim həmin hadisələrdən anladığım o idi ki, Avropada, o cümlədən də Fransada yaşayan və özlərini müsəlman adlandıran qadınlar digər həmçinsləri kimi çimərlikdə çimmək niyyətindədilər. Ancaq qeyri-müsəlman qadınlardan fərqli olaraq çimərlikdə soyunmaq istəmirlər. Hətta deyilənə görə Fransa polisi həmin qadınlardan birini məcbur edib ki, paltarını soyunsun. Sonradan bu məlumatlar inkar olunsa da, Avropada bu mövzuda ciddi narazılıqların olduğu danılmazdır.

Mənim başa düşmədiyim məsələ isə ondan ibarətdir ki, müsəlman qadınlar niyə çimərliyə getməkdə bu qədər israr edirlər. Əgər qadın paltarını soyunmursa, baş örtüsnü açmırsa… və bunu dinlə, inancla əlaqələndirirsə, o zaman hansı məntiqlə yüzlərlə, minlərlə yarıçılpaq qadın və kişinin bir yerə cəm olduğu çimərliklərə getmək istəyir. Məlum məsələdir ki, çimərlikdə gözləri yumaraq çimmək olmaz. Belə olan halda da ətrafdakı yarıçılpaq kişiləri (naməhrəmləri) görməmək mümkün deyil. Bu bilirsiz nə deməkdir? Bu o deməkdir ki, mənim dinim sizə mənim bədənimə baxmağa icazə vermir, amma mənə sizin bədənizə baxmağa imkan verir… Halbuki bu insanların “mənim dinim” dedikləri o dində belə qayda yoxdur.

Adını qoya bilmədiyim başqa bir qəribəliyə isə dünyanın bir çox ölkəsində rast gəlmək olar. Elə bizim məmləkətdə də. Siz təsəvvür edin ki, rüşvət üstündə həbs edilən cinayətkarı rüşvət alıb azadlığa buraxırlar. Hər hansı bir əmələ görə həbs edilən bir şəxsin rüşvət qarşılığında azadlığa buraxılması hardasa başa düşüləndir. Rüşvətxor məmurlar hər yerdə olduğu kimi hüquq-mühafizə orqanlarında da ola bilər. Amma necə ola bilər ki, sən birini rüşvət aldığı üçün həbs edirsən və sonra da deyirsən ki, rüşvət ver, səni azadlığa buraxım? Sən həbs etdiyin insanı nədə ittiham edirsən? Rüşvət alma