“Orada həyat var” deyə bilərik”

0
214

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bazar ertəsi keçirəcəyi mətbuat konfransında sensasiyalı bəyanatını açıqlamaq niyyətindədir

Milli.Az bildirir ki, NASA-nın Twitter-dəki akkauntunda verilən anonsa görə, açıqlama Yupiter planetinin təbii peyki olan Avropa ekzoplaneti ilə bağlıdır.

Anonsda deyilir: “Söhbət Avropada suyun, okeanın olmasından gedəcək. Bu səbəbdən də biz ehtiyatla da olsa, “Orada həyat var” deyə bilərik”.

Avropa ekzoplaneti NASA-nın “Hubble” kosmik teleskopu vasitəsilə tədqiq olunub. Bir qədər əvvəl isə NASA-nın “Juno” kosmik stansiyası Yupiterin şimal qütbündə çəkilmiş fotoları Yerə ötürüb. Həmin fotolarda amerikalı alimlər Günəş sistemindəki digər böyük planetlərdə olmayan hava aktivliyini və qasırğalar sistemini görüblər.