ABŞ və İran İŞİD-ə münasibətdə biri-birlərini ittiham edirlər

0
466
Ayətullah Xamneyi İraqdakı vəziyyətə görə ABŞ-ı günahlandırıb.
O bildirib ki, İraqdakı fitnənin və alovların yüksəlməsinin pərdə arxasında ABŞ başda olmaqla imperialist qüvvələr dayanır: “ABŞ rəhbərliyi başda olmaqla qərbli imperialist ölkələr İraq mövzusunda bir qrupun cəhalətindən faydalanaraq bundan sui-istifadə edirlər”. Öz növbəsində ABŞ dövlət katibi də Con Kerri də regionda baş verən son toqquşmalara İranın məzhəb ayrı seçkiliyi siyasətinin səbəb olduğunu bildirib.

Bununla belə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi (John Kirby) açıqlama verib ki, İran İraqa hərbi qüvvə göndərməyi planşadırır.

Onun sözlərinə görə, ABŞ həmçinin İran hərbçilərinin İraq hökuməti ilə məsləhətləşmələr aparmasından xəbərdardır.

Öz növbəsində İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan deyib ki, indiyədək İranla ABŞ arasında İraq mövzusunda heç bir müzakirə olmayıb və bu məsələ ilə bağlı bir proqramımız da yoxdur. İki ölkə arasında nüvə məsələsi ilə bağlı müzakirələr baş tutub. Ancaq İranla ABŞ arasında yalnız İraq böhranının müzakirə edildiyi görüş həyata keçirilməyib”.

 

Bəzi müsəlman ölkələri silahlı qruplara yardımda günahlandırılırlar

İran prezidenti Həsən Ruhani bildirib ki, müsəlman dünyasındakı terrorçu qruplaşmalar İsrailə dəstək verir: “Bəzi müsəlman ölkələri neftin pulu ilə terrorçulara dəstək olur, ancaq həmin dövlətlər sabah növbənin onlara da çatacağını başa düşməlidirlər. Vəziyyət elə gətirib ki, artıq heç kim Fələstin və Qüdsü düşünmür. Bu da ağır faciədir. Çünki sionistlər müsəlmanları bir-biri ilə qarşı-qarşıya qoyaraq qırğın və ölümlərdən həzz alırlar. Onlar Əfqanıstan, Pakistan, İraq, Suriya və Livan başda olmaqla müsəlman dünyasında qırğınlar törədirlər”.

 

İŞİD Telaferdə hava limanını tutub

Son günlər fəallığını artıran İŞİD terrorçuları İraqın Telafer şəhərindəki hərbi hava limanını ələ keçiriblər.

Mosulun 60 km qərbində olan hava limanını işğal edən İŞİD qruplaşması İraq ordusuna aid çox sayda silah və sursatı da ələ keçirib.

Qeyd edək ki, ötən gün İŞİD qüvvələri ilə atışan İraq ordusu və Türkmən əşirətləri geri çəkiliblər. Bu atışmalar zamanı 8 İŞİD terrorçusunun öldüyü bildirilir.

“Sələfi Cihadi” “tvitter” səhifəsində isə İraq hərbçilərinin Telafer hava limanını tərk etməsini əks etdirən video-görüntü yayılıb. Videonun altında, “Maliki tərəfdarları formalarını çıxararaq mülki geyimdə qaçmağa çalışırlar”, – yazılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here