Mingəçevirdə əsaslı təmir olunmuş 3 məktəb binası “Bilik günü” istifadəyə verilib

0
247

Bu gün Mingəçevirdə də “Bilik günü” qeyd edilib. Belə ki, 2016-2017-ci dərs ilinin başlanması münasibətilə Mingəçevir şəhərinin bütün təhsil ocaqlarında tədbirlər təşkil olunub. Mingəçevir şəhərinin 1, 7 və 9 saylı tam orta məktəblərinin müəllim və şagirdləri isə “Bilik günü”nü daha təntənəli şəkildəs qeyd ediblər. Məlumat üçün bildirək ki, hər üç tədris ocağının binası dövlət vəsaiti hesabına müasir tələblər səviyyəsində əsaslı şəkildə yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz edilib. 1 saylı tam orta məktəbin sinif otaqlarında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana və emalatxanada, kompyuter mərkəzində, tibb və hərbi otaqlarda, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. İstilik sistemi, ehtiyat su hovuzları və transformator yarımstansiyası ilə təchiz edilən təhsil müəssisəsinin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları da yaradılıb. Yenidənqurma işləri çərçivəsində analoji işlər 7 və 9 saylı tam orta məktəblərdə də həyata keçirilib.
m2Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Bilik günü” münasibəti ilə həmin məktəblərdə olub, şagird və müəllimləri yeni tədris ili münasibəti ilə təbrik edib. İcra başçısı öncə 1 saylı tam orta məktəbə baş çəkib. Burada keçirilən tədbirdə məktəbin direktoru Aynur Rəsulova çıxış edərək şagird və müəllim kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. O bildirib ki, möhtərəm Prezidentimizin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün şagirdlərimiz təmirli, geniş sinif otaqları olan məktəblərdə təhsil alacaqlar: “Bu bizim məsuliyyətimizi ikiqat artırır. Əminəm ki, şagirdlərimiz bu tədris ilində uğurları ilə bizi sevindirəcəklər”. O həmçinin icra başçısının təhsil sahəsinə göstərdiyi diqqətdən də söz açıb.
m3İcra başçısı Niyazi Bayramov məktəbin kollektivini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğıdan minnətdarlıqla danışıb.
m4Daha sonra yeni əsaslı təmirdən sonra ilk açılışı olan 7 və 9 saylı məktəblərə də baxış keçirilib.

m5Esmira Hidayətova