Əlcəzair Koreya səddini aşdı

0
271

İyunun 22-də Braziliyada futbol üzrə dünya çempionatı çərçivəsində növbəti oyun keçirilşb.Portu-Aleqridəki “Beira-Rio” stadionunda “H” qrupu çərçivəsində Əlcəzair və Koreya Respublikası yığmaları qarşılaşıblar.
Kolumbiyalı baş hakim Vilmar Roldonun idarə etdiyi oyunda Əlcəzair millisi 4:2 hesabı ilə qalib gəlib.
Oyunda Əlcəzair millisinin heyətində Abdelmoumene Djabou, Rafik Halliçe, İslam Slimani, Yacine Brahimi, rəqib komandadan isə Son Heungmin və Ku Jacheol fərqləniblər.
Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirib. İlk oyunda Əlcəzair millisi Belçikaya 1:2 hesabı ilə uduzub, Rusiya – Koreya Respublikası oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İyunun 23-də Manaus şəhərindəki “Amazonia” stadionunda “G” qrupunda mübarizə aparan ABŞ və Portuqaliya komandalarının oyunu isə  2:2 hesabı ilə başa çatıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here