Dəfn mərasimi Səmərqənddə olacaq

0
101

Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib. Bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.

İslam Kərimovun dəfn mərasimi bu gün – sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

Daşkənd sakinləri şənbə günü səhər İslam Kərimovun cənazəsini Səmərqəndə aparan karvanı yola sala biləcəklər. Cənazə Daşkənd hava limanına aparılacaq və oradan Səmərqəndə yola salınacaq.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.