“İşıqlı gələcək” qalib gəldi

0
283

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı keçirildi. Çempionatda dörd komanda İsveçrə sistemi üzrə mübarizə aparırdı. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşdü. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtda qalib müəyyən olmadığı üçün, cərimə zərbələrindən istifadə olundu və 2:1 hesabı ilə “İşıqlı gələcək” komandası-I, “Referi”-II, Mingəçevir Dövlət Universiteti-III yerləri özləri üçün təmin etdilər.

Qaliblər Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin kubokları və fəxri fərmanları ilə təltif olundular.

Esmira Hidayətova