Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

0
381

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Bildiririk ki, cari ilin avqust ayı ərzində Bakı şəhəri və respublika ərazisində yerləşən aşağıda adları qeyd olunan 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilmişdir:

“CHINAR Hotel & Spa Naftalan” mehmanxanası – (5 ulduz);
“El Resort” mehmanxanası – ( 5 ulduz)
“Ayan Palace” mehmanxanası – (5 ulduz);
“Kür Hotel” mehmanxanası – (4 ulduz);
“Ober-Lux” mehmanxanası – (4 ulduz);
“Elfaro” mehmanxanası – (4 ulduz).
“Atlant” mehmanxanası – (4 ulduz);
“AF Hotel” mehmanxanası – (4 ulduz);
“Afra Hotel” mehmanxanası – (4 ulduz);
“Opera Hotel” mehmanxanası – (4 ulduz);
“Lotos” mehmanxanası – (3 ulduz)

Qeyd edirik ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatmışdır. Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://mct.gov.az/upload/1471933506hotel_stars_2016.pdf