Kurslara başlanılıb

0
438

Bu gün 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki kommisiyasında seçki kommisiyalarının üzvləri və məntəqə seçki kommisiyalarının sədrləri üçün üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
K

47 saylı Mingəçevir Dairə seçki komissiyasının sədri Oktay Məmmədov bildirib ki, respublikamızda Mərkəzi Seçki Kommisiyası tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür. Məntəqələrdə hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Daha sonra Mingəçevir şəhər İcra başçısı aparatının İctimai-siaysi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev çıxış edərək referendumda iştirak huququ və onun təminatının qanunvericilik əsasları barədə geniş məlumat verib.
Esmira Hidayətova, Mingəçevir