Yad cismin fəsadı, və yaxud həkimlərin məsuliyyətsizliyi

0
338

Ucar rayonunun sakini 5 yaşlı övladının səhhətinin günü-gündən pisləşdiyindən Ucar Rayon Xəstəxanasına üz tutub. Burada uşaq müayinə olunsa da, bir nəticə hasil olmayıb. Sonra valideynləri onu Ağdaş Rayon Xəstəxanasına gətiriblər. Amma uşağın vəziyyətinin pis olduğunu əsas gətirib bu səhiyyə ocağında onu qəbul etməyiblər. Sadəcə belə bir məsləhət veriblər: xəstəni təcili Mingəçevirə çatdırın. Odur ki xəstənin adamları bu dəfə üz tutublar Mingəçevirə. Burada Zahid adlı həkim müayinələrdən sonra uşağın burnunda hansısa əşyanın qaldığını bildirib. Sən demə, uşağın qulağında, eləcə də burnunda ciddi fəsadlar törədən elə bu yad cisim imiş.
Müayinə zamanı o da məlum olub ki, düzgün diaqnoz qoyulmadan xəstənin iki ay qəbul etdiyi dərmanlar onun eşitmə orqanında problemlər yaradıb. Odur ki həkim ona çoxlu iynə-dərman yazıb. İndi valideyn bilmir ki, öz imkansızlığının dərdini çəksin, yoxsa yanlış diaqnoz ilə uşağı bu hala salanlarla haqq-hesab çəksin.
Esmira Hidayətova