Qusarın daha 3 yaşayış məntəqəsi təbii qazla təmin olundu

0
208

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Qusar rayonunun Samur qəsəbəsinin, Yeni Tahircal kəndinin və İmamqulukənd kəndində yeni salınmış yaşayış massivinin qazlaşdırılması işi başa çatdırılmış abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə iyunun 21–də Samur qəsəbəsində keçirilən mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Azər Badamov, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edərək bildirib ki, Azərbaycan iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası müstəqil Azərbaycanın davamlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.
Rövnəq Abdullayev qeyd edib ki, respublikamızın yaşayış məntəqələrinin təbii qazla təmin olunması sürətlə davam etdirilir. Artıq ölkəmizin 90 faiz yaşayış məntəqələri qazlaşdırılıb, bu göstəricinin tezliklə 100 faizə çatdırılması nəzərdə tutulub.
Mərasimdə diqqətə çatdırılıb ki, “mavi yanacaq”la təmin olunmuş 3 yaşayış məntəqəsində (Samur qəsəbəsi, Yeni Tahircal kəndi və İmamqulukənd kəndində yeni salınan yaşayış massivi ), ümumilikdə, 857 abonent vardır. Burada qazlaşdırılma işlərini həyata keçirmək üçün 86,6 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Bunun 7,8 kilometri daşıyıcı qaz kəmərləridir. Hazırda rayonun Kufoba kəndində paylayıcı küçə qaz xətlərinin çəkilməsi işləri aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here