Olimpiada start götürür

0
200

Rəsmi açılış mərasimi avqustun 5-də olacaq XXXI Yay Olimpiya Oyunlarının startı bu gün veriləcək. apasport.az saytının məlumatına görə, Rioda olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayacaq.

Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürəcək. Bu gün qadın, sabah isə kişi komandaları ilk qarşılaşmalarına çıxacaqlar.

Turnirin bugünkü təqvimində 6 görüş yer alıb. Olimpiya Oyunları meydan sahiblərinin oyunu ilə deyil, İsveç və Cənubi Afrika Respublikası yığmalarının dueli ilə start götürəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

E qrupu
20:00. İsveç – Cənubi Afrika Respublikası
23:00. Braziliya – Çin

F qrupu
22:00. Kanada – Avstraliya
01:00. Zimbabve – Almaniya

G qrupu
02:00. ABŞ – Yeni Zelandiya
05:00. Fransa – Kolumbiya