Özü boyda dərman

0
395

Ramazan süfrəsində xurmanın yeri başda gəlir. Hətta iftar vaxtı yetişəndə süfrə ətrafında kiminsə daha tez tərpənərək xurmaların ən irisini, yaxşısını götürüb yanındakına verməsi, bununla da ona olan hörmətini göstərməsi də bir başqa gözəllikdir.

Xurma beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır. Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilsə, cəmi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar. Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurmadan istifadə etmək ürəyin tam fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biri sayıla bilər.

Hər dəfə Ramazan yaxınlaşanda gözümüz dükan-bazarlarda xurma axtarır. Çünki iftarı xurma ilə açmaq gözəl bir adətdir və ona görə də, Ramazan süfrəsində xurmanın yeri başda gəlir. Hətta iftar vaxtı yetişəndə süfrə ətrafında kiminsə daha tez tərpənərək xurmaların ən irisini, yaxşısını götürüb yanındakına verməsi, bununla da ona olan hörmətini göstərməsi də bir başqa gözəllikdir.

Hazırda bazarlarımızda kilosu 4 manatdan 50 manata qədər çeşid-çeşid xurmalar satılır. Ən bahalı xurmalar da Mədinə xurmalarıdır, Sevimli Peyğəmbərimizin (s.ə.s.) əli ilə əkdiyi ağacların soyundan gələn meyvələrdir.

Bəs xurmanın insan orqanizmi üçün çox vacib maddələrlə zəngin olmasından, el arasında deyildiyi kimi, min bir dərdin dərmanı olmasından xəbəriniz varmı?

Mütəxəssislərin qənaətinə görə, insan yalnız su və xurmadan istifadə etməklə uzun müddət yaşaya bilər. Xurma nadir qida məhsullarındandır ki, onun tərkibi insan üçün zəruri və vacib olan vitaminlər, həmçinin mikroelementlərlə zəngindir. İnsanın tükündən dırnağına qədər əksər orqanları üçün bu meyvə əsl şəfa qaynağıdır.

Oruc tutarkən, uzun müddət aclıqşa əlaqədar pozulan bağırsaq fəaliyyətinin tənzimlənməsinə xurma çox kömək edir. Tərkibində B1, B2 vitamini var, sinir sistemini qoruyur və beynin fəaliyyətinə müsbət təsir göstərir. İftar vaxtı qəbul edilən xurma sakitləşdirici təsir də bağışlayır. Tərkibindəki A vitamini gözün sağlamlığını qoruyur. Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir.

Artıq uzun illərdir ki, su və xurma ilə iftarın açılması da yəqin ki, məhz xurmanın bu qədər zəngin tərkibinə əsaslanır.

Xurmanın ən təsirli olduğu digər sahə sinir sistemimizdir. Onun çox böyük sakitləşdirici xüsusiyyəti var. Xurmada olan B1, B2 vitaminləri də sinir sistemini sakitləşdirən xüsusiyyətə malikdir. İnsan beyninin ehtiyac duyduğu fosfor xurmada da var. Mədəyə, ürəyə, gözə, ödə, böyrəyə çox xeyirlidir.

Xurmada A vitamini olduğu üçün yeyənlərdə, xüsusilə gecə korluğu və digər göz zəifliyi olmur. Xurma qocalıqla əlaqədar yaranan qulaq uğultusu və eşitmə zəifliyi kimi problemlər üçün də faydalıdır. Ən yaxşı sinə dərmanı xurmadır. Xurma bəlğəmə və nəfəs borusuna, həmçinin öskürəyə də çox yaxşı kömək edir. Xurma qan damarlarını yumşaldır. İndiki vaxtda damar tutulması deyilən xəstəliyin qarşısını alır, qanı təmizləyir və təzyiqi nizamlayır. Xurma xolesterolun yüksəlməsinin qarşısını alır, böyrəklərin yuyulmasına kömək edir, onun işini qüvvətləndirir. Sidik kisəsi və böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarını əridir. 6-7 xurma parçalanaraq bir stəkan suya qoyulur, bir neçə saat sonra süzülür, isidilərək gündə iki dəfə içilir. Bu proses 15 gün təkrar edildikdə, böyrək daşlarını əridir.

Adam ishal olduğu və ya qusduğu zaman bədən çoxlu miqdarda su, duz, kalium, natrium və qlükoza itirir. Xurmada isə bu maddələr bol miqdardadır. Belə vəziyyətlərdə xurma suyu hazırlanır və qəbul edilir, itirilən minerallar və güc kompensasiya edilir.

Bağırsaqlar tərəfindən asan sorulduğuna görə, bağırsaqların işini yüngülləşdirir. Qarında olan parazitlərin orqanizmdən xaric olunması üçün də xurma çox faydalıdır. Hz. Əli (r.a.) buyurur ki, “Kim hər gün səhər ac qarına yeddi xurma yesə, qarınındakı mikrobları öldürər.”

Dərinizin gözəlliyini və sağlamlığınızı qorumaq üçün xurma yemək məsləhətdir. Yüksək miqdarda kaliumla zəngin olan xurma, bədənin bu ehtiyacını nizamlayır və qan təzyiqinin normal qalmasına kömək olur. Yüksək təzyiqi olanların gündəlik qəbul etməsi məsləhət görülür.

Xurma beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır. Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilsə, cəmi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar. Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurmadan istifadə etmək ürəyin tam fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biri sayıla bilər. Qanazlığı, başqa sözlə, anemiya xəstəliyi zamanı da xurma ən xeyirli qida məhsullarından biridir.

Xurmanı davamlı yemək xərçəng xəstəliyindən qorunmaq üçün ən əhəmiyyətli səbəblərindəndir. Xurmada bol miqdarda maqnezium olduğundan, xərçəngə mane olur. Davamlı xurma yeyən ərəblərdə xərçəng müşahidə edilmir. Xurmanı davamlı yemək babasil xəstəliyinin də qarşısını alır. Babasili olanlar isə ağrının yüngülləşməsinə yardım edir.

Uşaqlı qadınların südünün çoxalması üçün xurma faydalıdır. Xurma süd hormonlarını hərəkətə gətirir və südün çoxalmasını təmin edir. Xurmanın tumu parçalanaraq su ilə yaxşıca qaynadılaraq içilsə, böyrək və öd daşları olan xəstələrə şəfa verər.

Xurmanı həddindən artıq yemək də orqanizmdə müxtəlif mənfi təsirlərə səbəb olur. Ona görə də, hər kəs bu meyvədən zərər görməyəcək qədər istifadə etməlidir. Xurma qlükoza ilə zəngindir və onu çox qəbul etmək, qan şəkərinin yüksəlməsinə gətirib çıxarır ki, şəkər xəstələri bu riskə getməməlidirlər. Dietoloqların fikrincə, özündə 20 kalorini birləşdirən quru xurmanın artıq qəbulu eyni zamanda, kökəlməyə meyilli olanlar üçün də risklidir. Bu səbəbdən, iftarda 2-3 xurma qəbul etmək bədənin sağlamlığı üçün yetərlidir.

Sözün qısası, əlinzdə tutduğunuz xurma özü boyda dərmandır, həm nuş olsun, həm də Allah şəfa versin!

Əhməd

İsmayılov