AVROBAYATILAR

0
281

Portuqaliyanın baş
məşqçisi Fernandu Santus:
Kökləyib telli sazı,
Bunu deyim ən azı:
İndi ah-of etməyin
Yoxdur, məncə, mənası.

İslandiyanın baş məşqçisi
Lars Laqerbek:
Qəm-qüssə mənə yaddır,
Könlüm həmişə şaddır.
Santusdan aldığım xal
Xalis eksponatdır.

Rusiyanın baş məşqçisi
Leonid Slutski:
Yaşım heç əlli deyil,
Əllidən halı deyil.
Məncə, bizim qrupda
Heç bir şey bəlli deyil.

Slovakiya millisinin bas məşqçisi
Yan Kozak:
Özümüzü danladıq,
Bunu sonra anladıq.
Ruslar ilə oyunda
Sanki şahmat oynadıq.
Rumıniyanın baş məşqçisi
Angel Yordanesku
Əziziyəm atmaram,
Dostu yada satmaram.
Bu oyunu heç zaman
Mən yaddan çıxartmaram.

İsveçrənin baş məşqçisi
Vadimi Petkoviç
Mən görəndə quyunu,
Bəyənmədim suyunu.
Allahın yardımıyla.
Xilas etdik oyunu.

Fransanın baş məşqçisi
Didye Deşam:
Nəğmə qoşaq bu hala
Kimsə qalmasın dala.
Artıq aldıq vəsiqə
Səkkizdəbir finala.

Albaniyanın baş məşqçisi
Canni De Byazi:
Bilirsinizmi niyə,
Ahım yüksəldi göyə?
Çün ovqatı təlx etdi
Qrizman ilə Paye.
İngiltərənin baş məşqçisi
Roy Hocson:
Bu sir deyil heç kəsə
Sözümü deyim kəsə.
Biz yerini göstərdik
Çox hörmətli Uelsə.

Uelsin baş məşqçisi Kriz Kolman:
Qoy deyim hamı bilsin
Fikirləşsin, düşünsün.
İngiltərə qazandı
Britaniya derbisin.

Ukraynanın baş məşqçisi
Mixayıl Fomenko:
Bağa su düşdü neylim?
Ağaclar içdi neylim?
Vurulan o iki qol
Qəlbimdən keçdi neylim?

Şimali İrlandiyanın baş
məşqçisi Maykl Onil:
Duyuq düşsün qoy hər kəs
Bu oyundan edib bəhs.
Söyləyirəm rəqibə
Keçdik maraqlı bir dərs.

Çexiyanın baş məşqçisi
Pavel Vrba:
Bu nə səsdir, nə ündür?
Yadda qalan bir gündür.
Bu heç-heçə mənimçün,
Qələbədən üstündür.

Xorvatiyanın baş məşqçisi
Ante Çaçiç:
Söyləyirəm bir daha,
Vallah-billah, ay qağa.
Arxayınlıq bizlərə
Başa gəldi çox baha.

İspaniyanın baş məşqçisi
Visente Del Boske:
Qoy oturub yerimə,
Güc verim sözlərimə.
Mənim yazığım gəlir
Vallah, Fateh Terimə.

Türkiyənin baş məşqçisi
Fateh Terim:
Silərək mən tərimi
Deyirəm öz dərdimi
Terim bitdi deməmiş
Bitirdilər Terimi.